İspaniyadakı elektrik kəsintisi 5 can aldı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İspaniyada baş vermiş kütləvi elektrik enerjisi kəsintisi bir sıra problemlərə səbəb olub. Nəticədə ən azı beş nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Orense əyalətində eyni ailənin üç üzvü, ehtimal ki, dəm qazından zəhərlənərək ölüb.
Valensiyada yaşayan bir qadın istifadə etdiyi elektriklə işləyən oksigen aparatının dayanması səbəbilə həyatını itirib.
Bundan əlavə, Madriddə şamın səbəb olduğu ehtimal edilən yanğında daha bir qadın ölüb.
Xatırladaq ki, hadisə aprelin 28-də günorta saatlarında baş verib. Bütün ölkə üzrə elektrik enerjisi kəsilib, işıqforlar sıradan çıxıb, qatarlarda sərnişinlər qalıb, ictimai nəqliyyat və xəstəxanaların fəaliyyəti pozulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 29 Aprel 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















