Icma.az
close
up
RU
İspaniyalı jurnalist Arda Gülərə nə məsləhət gördü?

İspaniyalı jurnalist Arda Gülərə nə məsləhət gördü?

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

''Real''da istədiyi qədər oynamaq şansı qazanmayan və gününü ehtiyat oyunçular skamyasında keçirən Arda Gülərin durumu müzakirə mövzusu olmaqda davam edir.
Bu arada Türkiyənin ''Sabah'' nəşri İspaniyanın ünlü ''As'' qəzetinin əməkdaşı Fernando Tavero ilə söhbətləşib. ''Real'' üzrə müxbir kimi çalışan Tavero Türkiyə yığmasının ulduzu ilə bağlı bunları deyib:

''Düzdü, bir çox klub Ardaya maraq göstərir. Amma indiyə qədər ''Real''a heç bir rəsmi təklif gəlməyib. Elə Arda özü də ayrılmaq barədə düşünmür. Məncə, onun üçün ən yaxşı variant daha bir mövsüm Madriddə qalmaqdı. Gələn mövsüm də az oynamaqda davam etsə, artıq başqa kluba icarəyə yollanmaq ehtimalı barədə düşünə bilər. Ancaq Arda səbrli olmalıdı. Çünki ''Real''da tələsməklə yox, əzmlə uğur qazanılır. Ardanın əleyhinə olan ən önəmli məqam hazırda ''Real''ın hücum bölgəsində inanılmaz bir rəqabətin yaşanmasıdı. Mbappe, Vinisius, Rodriqo, Bellingem, Braim Dias... Bu oyunçuların hamısı hazırda Karlo Ançelotti üçün Ardadan daha üstün durumdadı. Üstəlik ''Real'' yaxşı formadadı və Ançelottinin tez-tez rotasiyaya əl atmasına da ehtiyac yoxdu. Digər tərəfdən türkiyəli futbolçu özü də ötən mövsümlə müqayisədə bu mövsümü zəif keçirir. Şans qazandığı oyunlarda ötən ilki səviyyəsini göstərə bilmir''.


Bu arada İspaniyanın ''Relevo'' nəşrinin iddiasına görə Ançelotti Ardanın məşqlərdəki performansından narazıdı. Gənc futbolçu müdafiəyə yardım üçün nəzərdə tutulan hərəkətlərdə və çalışmalarda var gücünü ortaya qoymur. Bu məqam isə italiyalı çalışdırıcı üçün çox önəmlidi.
ƏLİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Mart 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see303

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see277

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see277

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see266

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see260

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see254

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see246

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see240

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see236

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see231

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see226

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see225

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see222

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see212

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see211

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see204

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see197

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see194

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see186

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri