Alonsodan Arda Gülərə müjdəli xəbər
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
''Real'' üçün də Klublararası Dünya Çempionatında mübarizə başlayır.
"Football-plus.az" xəbər verir ki, Madrid nəhəngi bu gün Bakı vaxtı ilə saat 23.00-da Səudiyyə Ərəbistanı nəhəngi ''Əl-Hilal'' ilə qarşılaşacaq.
Komanda Xabi Alonsonun başçılığı altında ilk oyununu keçirəcək. Bu arada ispaniyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında bir çox mövzulara toxunub. Ona Arda Gülər ilə bağlı da sual verilib. Məşqçinin cavabı belə olub:
''Arda Gülər bu mövsüm daha çox oynamaq şansı qazanacaq. Yeni mühitə adaptasiya hər zaman vaxt aparır. Məsələn, Luka Modriçə də ''Real''a uyğunlaşmaq üçün bir xeyli vaxt lazım olmuşdu. Ardanın da, Endrikin də yaşadıqları futbolda normal proseslərdi. İldən ilə onlar üçün hər şey daha yaxşı olacaq''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 İyun 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















