İspaniyalı məşqçidən Bakıya xüsusi etiraf: “Bu günü həmişə xatırlayacaqlar”
Icma.az bildirir, Yenisabah portalına istinadən.
İspaniya millisinin futbolçuları Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında qazandıqları çempionluğu ömürləri boyu xatırlayacaqlar.
"Yeni Sabah" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında komandanın baş məşqçisi David Qordo deyib.
İspaniyalı mütəxəssis turnirin gənc idmançılar üçün əvəzsiz təcrübə olduğunu bildirib: pizza
"Gələcəkdə dünya və ya olimpiya çempionu olsalar belə, bu günü hər zaman xatırlayacaqlar. FIFA bu formatı və turniri dəstəkləməkdə davam etməlidir, çünki dünyanın hər yerindən gələn futbolçular üçün bu təcrübə əvəzsizdir".
Baş məşqçi komandasının əsas gücünü gənclərin peşəkar olmaq arzusu ilə əlaqələndirib:
"Komandamızın gücü bu oyunçuların peşəkar futbolçu olmaq istəyindən irəli gəlir. İspaniyada uşaq futbolunda çalışan bütün məşqçilərin əməyi mükəmməldir. Futbolçular milliyə gələndə artıq yüksək səviyyədə olurlar ki, bu da bizim işimizi xeyli asanlaşdırır".
Qeyd edək ki, İspaniya yığması finalda Çexiyanı 3:0 hesabı ilə məğlub edərək U-15 dünya çempionatı və festivalının qalibi olub.
Baxış sayı:98
Bu xəbər 31 Oktyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















