İspaniyanın məşqini güclü fırtına dayandırdı VİDEO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İspaniya millisi DÇ-2026-da növbəti oyun öncəsi məşq prosesində problemlə üzləşib.
İdman.Biz xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda ABŞ-nin Çattanuqa şəhərində məşqə çıxsa da, hazırlığı meydançada başa çatdıra bilməyib.
İspaniya millisinin futbolçuları məşqə başladıqdan təxminən 20 dəqiqə sonra güclü fırtına və yağış səbəbindən meydançanı tərk etməli olublar. Hava şəraitinin pisləşməsi səbəbindən komandanın açıq havadakı məşqi yarımçıq dayandırılıb.
Məlumata görə, futbolçular hazırlığı idman zalında davam etdiriblər. Bu qərar təhlükəsizlik tədbirləri ilə bağlı olub.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda növbəti oyunu Paraqvaya qarşı keçirəcək. Görüş, Bakı vaxtı ilə 27 iyun, saat 04:00-da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 23 İyun 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















