Icma.az
close
up
RU
İspaniyanın selindən çıxan maşınlar Azərbaycana gətirilir? İkinci əl avtomobillərdənsə...

İspaniyanın selindən çıxan maşınlar Azərbaycana gətirilir? İkinci əl avtomobillərdənsə...

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İspaniyada güclü yağışlar və daşqınlar ölkənin müxtəlif bölgələrində ciddi fəsadlar törədib, yollar bağlanıb və körpülər dağılıb. Həm insan tələfatı, həm də kifayət qədər çox maddi itkilər yaşanıb. Çoxlu sayda avtomobil leysan yağışlarından zərər görüb.

Maraqlıdır ki, İspaniyada günlərlə sel sularının altında qalmış, mühərrikləri korlanmış həmin avtomobillər yüngülvari təmir edilib Azərbaycana gətirilə bilər?

Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, narahatedici məqamdır:

"Bu cür hallarda əsasən belə avtomobilləri qonşu Gürcüstanda alıb, xüsusi təmir edib, sonra ya daxili bazara, əsasən də Azərbaycan bazarına satırlar. Ona görə biz həmişə tövsiyə edirik ki, ikinci əl avtomobil almaq bir qədər uyğunsuzdur. Sözsüz ki, insanların büdcəsi məsələsi var və bu, mühüm bir amildir. Ancaq yaxşı olar ki, belə hallarda avtomobil ilə daha yaxından maraqlanılsın, VİN kod vasitəsilə onun bütün tarixçəsinə baxılsın və daha sonra hansısa qərarlar verilsin. Amma ümumilikdə mən düşünmürəm ki, bu avtomobillərin hamısı bu dəqiqə  Azərbaycana gələcək. Ola bilər içlərində bir qisim -15-30 avtomobil gəlsin. İstənilən halda bu da yekunda bizim vətəndaşımıza dəymiş ziyan olur".

E.Əliyev tövsiyə etdi ki, istənilən avtomobili aldıqda onu rəsmi dilerdə yoxlatdırmaq, diaqnostika etdirmək mütləqdir:

"Bizim hazırda missiyamız avtomobil parkımızı yeniləməkdir. Bunu da istəyiriksə, hamılıqla gələcəyimizi sağlam, ekoloji tullantılardan uzaq görmək istəyiriksə, biz maksimum dərəcədə belə avtomobillərdən uzaq olmalıyıq. Sözsüz ki, alternativ variantlar da var. Məsələn, yerli istehsal avtomobillərdən də istifadə edə bilərik. Yerli istehsal avtomobillərin qiymətləri daha ucudur və sərfəri kredit şərtləri olur. Ona görə də ikinci əl kənardan gələn avtomobillərə üz tutmaqdansa, yerli avtomobillər daha əlverişli ola bilər".

Sevinc İBRAHİMZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri