İsrael Kats: Dəməşq qoşunları əs Süveydanı tərk etməsə, İsrail Ordusu Suriyaya zərbələri davam etdirəcək
Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Müdafiə Ordusu (IDF) Dəməşqin əs-Süveyda şəhərini tərk etməyəcəyi təqdirdə, Suriyanın hökumət qüvvələrinə zərbələr endirməyə davam edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
"Suriya hökuməti çoxluq təşkil edən druzları rahat buraxmalı və öz qoşunlarını çıxarmalıdır. Biz bunu aydın şəkildə bildirdik və xəbərdarlıq etdik. İsrail Suriyadakı druzları yalnız qoymayacaq və Suriyanın demilitarizasiyası siyasətini həyata keçirəcək. Nə qədər ki, rejim qüvvələri bu ərazini tərk etməyib, İsrail Müdafiə Ordusu zərbələr endirməyə davam edəcək", - İ.Kats bildirib.
“The Times of Israel” qeyd edir ki, bu gün Suriya qoşunları ilə druzlar arasında toqquşmalar barədə yeni məlumatlar daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 16 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















