Icma.az
close
up
RU
İsrafil Aşurlı Pakistan dağlarında polşalı alpinisti xilas edib FOTO/VİDEO DƏ EKSKLÜZİV

İsrafil Aşurlı Pakistan dağlarında polşalı alpinisti xilas edib FOTO/VİDEO DƏ EKSKLÜZİV

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyaca məşhur azərbaycanlı alpinist İsrafil Aşurlı ekspedisiyada növbəti həmkarını xilas edib.

İdman.biz-ə eksklüziv açıqlamasında İsrafil Aşurlı bildirib ki, onun sayəsində polşalı alpinist Valdemar Kovalevski xilas olunub.

Hadisə Pakistanın Karakorum dağ sistemində baş verib. K2 və "Broad Peak" zirvələrinin baza düşərgələri bir-birindən təxminən 3 km məsafədə yerləşir. Aşurlı deyir: “Mən K2-nin baza düşərgəsində idim və həmin zirvəyə qalxmağı planlaşdırırdım. Hadisə "Broad Peak"də baş verdi. Polşalı alpinist Valdemar Kovalevski ora qalxmağa çalışarkən bizdən təxminən 3 km aralıda qar uçqununun altında qaldı. Polşalı alpinistin problemləri ilə bağlı məlumat uçqunun ertəsi günü yayıldı".

Azərbaycanlı və polşalı alpinistlər 2019-cu ildən tanışdırlar və üç dəfə müxtəlif zirvələrdə qarşılaşıblar. Aşurlı sözlərinə davam edir: “Valdemarın kritik vəziyyətdə olduğunu, hərəkət edə bilmədiyini və pis hava şəraiti səbəbindən ona yardım göndərilmədiyini öyrənən kimi K2-nin baza düşərgəsində olarkən dərhal şerpalarla əlaqə saxladım. Onlar yüksəkdə işləməyə ən hazırlıqlı şəxslərdir. Qeyd edim ki, "Broad Peak"də hadisənin baş verdiyi baza düşərgəsində bir neçə alpinist qrupu var idi, amma heç kim köməyə getmədi".

Xilasetmə əməliyyatı üçün "Broad Peak"də yalnız bir gün hava əlverişli olub: "Qeyd edildiyi kimi, zirvədə olan ekspedisiya qrupları xilasetmədə iştirak etməkdən imtina etdi. Şerpalarla razılığa gəlmək də çətin oldu, çünki onların digər qruplara öhdəlikləri vardı. Nəticədə üç şerpa – Davasange, Miktemba və Pasangla razılıq əldə olundu".

İsrafil Aşurlı xilasetmə əməliyyatında birbaşa iştirak edib, vizual əlaqəni təmin edib və lazım gəldikdə fiziki yardım göstərib: “Valdemarla ikinci düşərgə yaxınlığında görüşdük və birlikdə enişə başladıq. O, xüsusi mata və polietilenlə bükülmüşdü ki, bu da qar, buz və qayalarda sürüşməyə imkan verirdi. Beləliklə, onu sürətlə birinci düşərgəyə endirdik, oradan qaranlıq düşənə qədər marşrutun başladığı nöqtəyə çatdırdıq. Daha sonra daşıyıcılar Valdemarı baza düşərgəsinə apardılar”.

Bu xilasetmənin özəlliyi insanlar arasında düzgün əlaqə yaratmaq və hadisədən bir gündən artıq müddət ərzində mövcud olmayan qarşılıqlı əlaqəni təşkil etmək idi. Aşurlı deyir: "Bu işi bacardığıma, alpinistin xilas olunmasında təşkilatçı kimi çıxış etdiyimə və əsas koordinator olduğuma görə şadam. Bununla belə, sadəcə baza düşərgəsində olmamışam, əməliyyatın özündə də birbaşa iştirak etmişəm. İlk növbədə çağırışıma cavab verən, yaxşı komanda şəklində birləşərək xilasetmə əməliyyatını peşəkarcasına həyata keçirən şerplərə təşəkkürümü bildirmək istəyirəm. Əgər həmin gün bu əməliyyatı həyata keçirmək mümkün olmasaydı, hava şəraiti səbəbindən bir neçə gün gözləməli olacaqdıq və zədələnmiş Valdemara nə olacağı bəlli deyil".

Qeyd edək ki, azərbaycanlı alpinistin həmkarlarını xilas etməsi ilk dəfə deyil.

Aşurlı 2022-ci ilin iyulunda elə həmin "Broad Peak"də təxminən 7700-7800 metr hündürlükdə ağır vəziyyətdə olan rumıniyalı alpinist Ceo Badeanı aşkar edib, zirvəyə çıxışını dayandıraraq zərərçəkəni 7300 metrə qədər endirib, orada isə digər alpinistlər də köməyə gəliblər.

2023-cü ilin iyulunda isə Pakistanın Nanga Parbat zirvəsinə yaxınlaşarkən Aşurlı zirvəyə qalxmaqdan imtina edib və xilasetmə işlərinə başlayıb: onun ümidsiz vəziyyətdə tapdığı polşalı alpinist Pavel Kopets oradaca vəfat edib. Aşurlı qar korluğu səbəbilə görmə qabiliyyətini itirmiş pakistanlı Asif Bhattini isə əvvəl C3 düşərgəsinə, sonra isə C2-yə qədər çatdırıb. Orada onları pakistanlı alpinistlər qarşılayaraq əsas düşərgəyə endiriblər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Avqust 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri