Icma.az
close
up
RU
İsrail atəşə tutuldu 2 azərbaycanlı həlak oldu

İsrail atəşə tutuldu 2 azərbaycanlı həlak oldu

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin mərkəzində İranın kaset başlıqlı raket zərbəsi nəticəsində yaralanan 2 azərbaycanlı ölüb. 

Gununsesi.info “The Times of İsrael”ə istinadən xəbər verir ki, tibbi rəsmilərin verdiyi məlumata görə, bazar ertəsi səhər saatlarında İsrailin mərkəzində İranın kaset bombalı raket hücumu zamanı yaralanan 40 yaşlarında Rustam Qulomov və Amid Murtuzov çərşənbə axşamı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Kaset başlıqlı raketin tərkibində olan submunisiyalar İsrailin mərkəzində ən azı altı müxtəlif nöqtəyə düşüb. Partlayışlar Yehud, Or Yehuda, Holon və Bat Yam şəhərlərində qeydə alınıb.

Həlak olanların Petah Tikva şəhərinin sakinləri olan, əslən azərbaycanlı 40 yaşlarında Rustam Qulomov və Amid Murtuzov olduğu müəyyən edilib. Hər iki həmyerlimiz Yehud şəhərində tikinti sahəsində işləyərkən ballistik raketdən ayrılan kaset bombalarından biri həmin əraziyə düşüb.

İlkin yardım göstərən xilasedicilərin bildirdiyinə görə, onlar sığınacaqda və ya başqa qoruyucu məkanda olmayıblar.

Təcili tibbi yardım əməkdaşları yaralılardan birinin hadisə yerində öldüyünü elan edib, digər şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O daha sonra aldığı xəsarətlərdən vəfat edib.

İsrailin Daxili Cəbhə Komandanlığının rəhbəri general-mayor Şai Klapper bildirib ki, həmin tikinti sahəsində çalışan onlarla işçi sığınacaqlara daxil olduqları üçün hücumdan sağ qalıblar.

“Həmin tikinti sahəsində bir neçə nəfərin yaralandığı çətin bir hadisə baş verdi. Eyni zamanda demək istəyirəm ki, onlarla işçinin həyatı xilas edildi. Onların həyatı ona görə xilas oldu ki, qorunan məkana daxil oldular və verilən göstərişlərə əməl etdilər”, – deyə o, ordunun yayımladığı videoda bildirib.

Hücum zamanı Or Yehuda şəhərində başqa bir kişi də ağır yaralanıb. Xilasedicilərin məlumatına görə, o da kaset bombalarından birinin partlaması zamanı sığınacaqda olmayıb.

Hadisə yerlərindən yayılan görüntülərdə partlayışların nəticəsində yerdə yaranan kraterlər, eləcə də zədələnmiş avtomobillər və binalar görünür.

Davam edən münaqişə fonunda İran İsrailə doğru kaset başlıqlı ballistik raketlər buraxıb. Bu tip raketlər geniş ərazilərə nəzarətsiz şəkildə çoxsaylı kiçik bombalar səpərək ciddi təhlükə yaradır.

“Haaretz” qəzetinə danışan və hücum zamanı Yehud tikinti sahəsində olan bir kran operatoru raket hücumları zamanı tikinti işçilərinin üzləşdiyi təhlükəni vurğulayıb.

“Mən aşağı düşdüm və güclə xilas oldum. Siqnal aldım, məni yükdən ayırmalarını gözlədim, kranı bağladım və aşağı endim”, – deyə o bildirib.

Onun sözlərinə görə, bütün proses bir neçə dəqiqə çəkib və vaxt çox az olub:

“Endiyimiz vaxt artıq sirena səslənməyə başlamışdı”.

Kran operatoru yerə çatanda sonradan ölən iki kişini gördüyünü xatırladıb və dərhal yaxınlıqdakı yeraltı avtodayanacağa sığınmaq qərarına gəldiyini deyib.

“Qərar verib qaraja enəndən cəmi on saniyə sonra güclü partlayış oldu. Yarım dəqiqə sonra yenidən yuxarı qalxdım və onları yerdə uzanmış vəziyyətdə gördüm”, – deyə o bildirib.

“Onların niyə içəri girmədiyini başa düşə bilmədim”.

İsrailin mərkəzində kaset bombalarından birinin düşdüyü başqa bir yaşayış evinin qarşısından danışan general-mayor Şai Klapper ölkə vətəndaşlarını fövqəladə vəziyyət qaydalarına əməl etməyə çağırıb.

“Bu mənzil kaset bombası ilə vurulub. Ola bilsin ki, buraxılan raketlərin miqyası bir qədər azalıb və sirenlərin sayı bir qədər çoxdur, lakin bu mənzil kaset bombasının nə qədər böyük dağıntı törətdiyini göstərir”, – deyə o bildirib.

Klapper qeyd edib ki, həmin mənzildə yaşayan ailə Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl edərək sığınacağa daxil olduğu üçün xəsarət alan olmayıb.

“Buna görə İsrail vətəndaşlarını dözümlü və cəsarətli olmağa, Daxili Cəbhə Komandanlığının təlimatlarına əməl etməyə çağırıram – bu təlimatlar insanların həyatını xilas edir”, – deyə o əlavə edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Mart 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri