İsrail, az qala, bu ölkənin nazirini vuracaqdı
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Belçika xarici işlər naziri Maksim Prevo bildirib ki, o, özünün və nümayəndə heyətinin yerləşdiyi Belçika səfirliyindən cəmi bir neçə yüz metr aralıda baş verən İsrailin Beyruta növbəti hücumunda, az qala, yaralanacaqdı.
Bakupost.az Unikal-a istinadən xəbər verir ki, Prevo bu barədə "X"də yazıb.
"Livan prezidentinin İsraillə atəşkəs danışıqlarına başlamaq təklifini alqışlamağa vaxtım olmamışdı ki, İsrail heç bir xəbərdarlıq etmədən münaqişənin başlanğıcından bəri ən güclü hücumlardan birini həyata keçirdi. Mövcud məlumata görə, yüzlərlə mülki şəxs yaralanıb. Nümayəndə heyətimlə birlikdə raket zərbələri endirilən yerdən cəmi bir neçə yüz metr aralıda səfirlikdə idik", - deyə Prevo bildirib.
O, İsrailin hərəkətləri ilə bağlı şərh verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 Aprel 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















