İsrail bu ölkənin təyyarəsini enməyə qoymadı
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail pilotlardan birinin İndoneziya vətəndaşı olduğu barədə məlumat aldıqdan sonra Efiopiya Hava Yollarına məxsus yük təyyarəsinin enişinə icazə verməyib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə bazar ertəsi baş verib. Yük təyyarəsi Əddis-Əbəbə hava limanından Təl-Əvivə uçurmuş. Uçuşdan sonra İsrail xidmətləri heyət üzvlərinin siyahısını əldə edib və pilotlardan birinin indoneziyalı olduğunu aşkar ediblər.
İsrail aviasiya qaydalarına görə, İsraillə diplomatik münasibətləri olmayan ölkələrin vətəndaşları olan pilotlar ölkəyə uça bilməzlər.
Efiopiyaya geri qayıdan təyyarə pilotu dəyişdirdikdən sonra İsrailə uçub və Təl-Əviv hava limanına enib.
Nəşr yazıb ki, “Flydubai” aviaşirkətinin təyyarəsi ilə bağlı hadisədən sonra İsrail hakimiyyəti hava məkanına nəzarəti gücləndirib və ölkəyə uçan təyyarələrdəki heyət üzvlərinin və sərnişinlərin siyahılarını daha diqqətlə yoxlamağa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 13 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















