İsrail Beyrutun mərkəzinə hücum etdi İtkilər var
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Livanın paytaxtı Beyruta hava hücumları təşkil edib, ölən və yaralananlar var.
Redaktor.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri bundan əvvəl Livanın cənubunda məhdud quru əməliyyatlarına başladığını elan edib.
Dünən gecə və bu səhər saatlarında isə Beyrut şəhərinə hava zərbələri endirilib.
"RİA Novosti" agentliyinin məlumatına görə, paytaxtın mərkəzində yerləşən Zuqaq Blat rayonunda yaşayış binası güclü hava hücumuna məruz qalıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.
"Reuters" agentliyi isə bildirir ki, bu səhər İsrailin hava zərbəsindən sonra Beyrutun rayonlarından birində güclü partlayış səsi eşidilib.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:103
Bu xəbər 18 Mart 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















