İsrail Beyrutun mərkəzinə hücum ETDİ
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Livanın paytaxtı Beyrutun mərkəzində yerləşən Aişat-Bakkar məhəlləsinə İsrail aviasiyası tərəfindən zərbə endirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Livanın Mülki Müdafiə Xidmətindəki mənbə TASS agentliyinə məlumat verib.
Məlumata görə, raketlər çoxmərtəbəli yaşayış binasına düşüb və nəticədə bina alovlanıb. Hadisə yerinə dərhal yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Mənbənin sözlərinə görə, hücumun hədəfinin şiə silahlı qrupu “Hizbullah” rəhbərliyinin üzvlərindən biri olduğu ehtimal edilir.
Bildirilir ki, Aişat-Bakkar məhəlləsinin sakinləri zərbədən əvvəl evlərindən təxliyə edilməyib. Hazırda həmin ərazidə Livanın cənubundan son günlər köçən çox sayda qaçqın da yaşayır.
Xatırladaq ki, martın 10-da İsrail ordusu Livanda “Hizbullah” hərəkatının “Nasir” bölməsinin komandirinin öldürüldüyünü açıqlamışdı.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 11 Mart 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















