Icma.az
close
up
RU
İsrail bu gecə qərarını dəyişdi

İsrail bu gecə qərarını dəyişdi

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

HƏMAS-ın Qəzzadakı 4 israilli əsirin cənazəsini gecə saatlarında təhvil verməsindən sonra İsrailin Qəzzanı dünyaya bağlayan əsas keçid nöqtəsi olan Qəzza ilə Misir arasındakı Rəfah sərhəd qapısını atəşkəs razılaşmasına uyğun şəkildə bu gün açacaq. 

"Cebheinfo.az" xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, İsrail hökuməti bu gün HƏMAS-a qarşı elan etdiyi sanksiyaları ləğv etmək qərarına gəlib.

İsraildə siyasi rəhbərlik Qəzzanın Misirə açılan Rəfah sərhəd qapısının planlaşdırıldığı kimi bu gün açılmasına və humanitar yardımların razılaşmaya uyğun şəkildə davam etməsinə qərar verib.

HƏMAS-ın gecə saatlarında Qəzza zolağında həlak olmuş 4 israilli əsirin cənazəsini təhvil verməsi və bu gün də eyni şəkildə bəzi cənazələri təhvil verəcək olmasının İsrailin qərarına təsir etdiyi bildirilib.

Atəşkəs razılaşmasına baxmayaraq, İsrail Qəzza zolağından Misirə keçidi təmin edən Rəfah sərhəd qapısını çərşənbə günü açmayacağını açıqlamışdı.

İsrail buna səbəb olaraq HƏMAS-ın əlində olan bütün həlak olmuş israilli əsirlərin cənazələrinin təhvilindəki gecikməni göstərmişdi.

HƏMAS əsir mübadiləsi çərçivəsində gecə saatlarında Qəzza zolağındakı 4 israilli əsirin daha cənazəsini Qırmızı Xaça təhvil vermişdi. Beləliklə, atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində HƏMAS Qəzzadakı 28 həlak olmuş əsirdən 8-nin cənazəsini təhvil vermiş oldu.

İsrailin Qəzzada iki il davam edən hücumları və İsrail ordusunun Qəzzanın müəyyən hissəsində işğalı səbəbindən HƏMAS-ın bütün cənazələrin yerini müəyyənləşdirməsinin çətin olduğu tərəflər arasında imzalanan atəşkəs razılaşmasında qəbul edilmişdi.

Bu səbəbdən Qəzzadakı həlak olmuş israilli əsirlərin cənazələrinin tapılmasını təmin etmək üçün Türkiyə, Qətər, Misir və ABŞ nümayəndələrinin yer aldığı bir komitə yaradılması qərara alınmışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri