Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail dərhal bu addımı atacaq KONKRET

İsrail dərhal bu addımı atacaq KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sentyabrın 9-da İsrailin Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi ilə bağlı həyata keçirdiyi əməliyyat Yaxın Şərq gündəmini silkələdi. Əməliyyatların genişlənməsi ilə Türkiyəyə hücum ehtimalı istiqamətində də müzakirə başladı. Hadisə ilə əlaqədar sentyabrın 15-də Qətərin paytaxtı Dohada ərəb və müsəlman ölkələrinin fövqəladə sammiti keçirildi. Toplantıda İsrailin Dohaya endirdiyi hava zərbələrinin pislənməsi və Qəzzada əməliyyatların dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edildi. Ertəsi gün, sentyabrın 16-da İsrail Qəzza şəhərində genişmiqyaslı quru əməliyyatlarına başladı. İsrail ordusunun açıqlamasında bildirilir ki, şəhər “hazırda HƏMAS-ın sonuncu əsas qalasıdır”.

KONKRET.az xəbər verir ki, israilli politoloq Yuri Gimmelfarb globalinfo.az-a açıqlamasında deyib ki, İsrail Dohaya, Qətərə deyil, terrorçuların onları təslim etmək niyyətində olmayan ölkədə yerləşən bazasına hücum edib:

“Danışıqlar prosesində suyu bulandıran Makron oldu. O, bir neçə ay öncə bəyan etdi ki, sentyabrda Fələstin dövlətini tanıyacağıq. Amma bu dövlətin sərhədləri, paytaxtın hara, siyasi sxemin necə olacağı aydın deyildi. Və HƏMAS bundan cəsarətlənərək daha sərt şərtlər irəli sürməyə başladı”.

Y.Gimmelfarb həmçinin deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərt bəyanatlar verməsinə baxmayaraq, İsraillə açıq qarşıdurmaya getmək istəmir:

“Suriyada vəziyyətin necə inkişaf edəcəyindən çox şey asılıdır. Birbaşa hərbi münaqişə olarsa, Türkiyə hərbi aviasiyası elə ilk gün fəaliyyətsiz qalacaq, çünki F-16, F-35 təyyarələrinin aviasiya elektronikası İsrailə məxsusdur.

Ərdoğan Mərkəzi Asiyada, Şimali və Cənubi Qafqazda liderliyə can atmaqla ağıllı siyasət yeridir. Amma onun məqsədi islam dünyasında liderlik olarsa, əhalisi şiə olan İranın da eyni məqsəd güddüyünü nəzərə alsaq, hadisələrin inkişafı fərqli ola bilər”.

Türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstani isə deyib ki, İsrailin Qətərə hücumu, şərtlər uyğun olarsa, İsrailin Fələstinlə məhdudlaşmayacağını nümayiş etdirir:

“Amma daha önəmlisi, İsrailin bölgədə daha geniş təsir dairəsi qazandığını müşahidə etdik. Bu vəziyyət İsraili Türkiyəyə qarşı qoya bilər, lakin bu, nə İsrailin, nə də Türkiyənin xeyrinə olardı. İsrail ilk addım olaraq zorakılıq hərəkətlərini dayandırmalı, PYD/PKK terror təşkilatına qarşı mövqe nümayiş etdirməli, bölgə xalqlarının suverenliyinə hörmət etməlidir”.

D.Büstani Ərəb sammitinin tarixi önəm kəsb etdiyini, bununla belə, narahatlıq doğuran məqamların olduğunu qeyd edib:

“Ərəb baharı” başlayandan bu görüşlər keçirilir və orada müzakirə olunan və səslənən çağırışlar həmişə birliyə önəm verib. Təəssüflər olsun ki, hətta bu görüşlərdə iştirak edən dövlətlər də sonradan bir-birinə zidd mövqe sərgiləyərək regional təhlükəsizliyi daha da təhlükə altına alıblar. Ümid edirəm ki, bu vəziyyət təkrarlanmayacaq və regionun təhlükəsizliyi üçün birgə qərarlar həyata keçiriləcək”.

Politoloq deyib ki, HƏMAS-ın İsrailə hücumu ilə başlayan və üçüncü “Əl-Əqsa tufanı” adlandırılan bu əməliyyatdan sonra atılan hər bir addım İsrailin Qəzzaya girməsinə bəraət qazandırıb:

“Buna bir neçə misal çəkmək olar: İsrail həmişə təcavüzkar tərəf olub və bütün dünya fələstinlilərin zülm gördüyünü etiraf edib. Lakin bu dəfə Fələstin xalqının iştirak etməməsinə baxmayaraq, mülki İsrail vətəndaşlarının öldürülməsi ilə bağlı onlara qarşı ittihamlar atılıb. İsrail indi bu bəhanədən istifadə edərək Qəzzaya girməyə cəhd edir. İsrail Qəzzaya girə bilərmi? Əgər reaksiya verilməzsə, bunu edə bilər. Qəzzaya girməsinə mane olmaq istəyənlər ərəb və müsəlman zirvələrində verilən qərarları həyata keçirər, rəqabətdən əl çəkərək İsrailə qarşı birgə hərəkət edərsə İsrail Qəzzaya girə bilməz. Ancaq istənilən digər vəziyyət İsrailin Qəzzanı işğal etməsinə yol açacaq”.

D.Büstani deyib ki, əgər İsrail terror təşkilatlarını dəstəkləməkdən geri addım atarsa və insanlığa qarşı cinayət törətmiş terror təşkilatını qanuniləşdirmək cəhdindən çəkinərsə, Türkiyə ilə İsrail arasında münaqişə olacağına inanmır:

“Ancaq hazırkı İsrail administrasiyası onlara dəstək verməyə və Türkiyə ilə münaqişəyə girməyə razı olsa, təəssüf ki, ən böyük zərəri həm İsraildə, həm də dünyanın müxtəlif yerlərində İsrail xalqı görəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri