İsrail həssas bölgələrdə sığınacaqlar tikəcək
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail hakimiyyəti min yeni mobil sığınacaq tikmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Bildirilib ki, sığınacaqlar İranla münaqişə başa çatdıqdan sonra tikilməyə başlayacaq. Yeni sığınacaqlarla yanaşı, mövcud 500 sığınacağın təmiri də nəzərdə tutulub.
“İsrail hökuməti Müdafiə Nazirliyi və Daxili Cəbhə Komandanlığı tərəfindən 500 ictimai bomba sığınacağın təmiri və ölkə daxilində min mobil yol kənarında sığınacaq yerləşdirmə planını təsdiqləyib”, - nəşrin müəllifi qeyd edir.
Təmir ediləcək sığınacaqların əsas hissəsi İsrailin mərkəzində yerləşir. Nəşrin məlumatına görə, yeni sığınacaqlar ölkənin həssas ərazilərində tikiləcək. Hakimiyyət bütün bu fəaliyyətlərə təxminən 30 milyon dollar xərcləyəcək.

