İsrail İran münaqişəsi fonunda Ərdoğandan XƏBƏRDARLIQ
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və ABŞ-nin İrana qarşı hücumlarını pisləyib, eyni zamanda İranın region ölkələrindəki hədəflərə endirdiyi zərbələri qəbuledilməz adlandırıb.
Oxu.Az xəbər verir ki, İstanbulda çıxış edən R.T.Ərdoğan bildirib ki, hücumlar İranın suverenliyini açıq şəkildə pozur və regionda sülhə təhdid yaradır.
Onun sözlərinə görə, Türkiyə uzun müddət tərəflər arasında dialoqun qurulması üçün səylər göstərib, lakin istənilən nəticə əldə olunmayıb.
Prezident vurğulayıb ki, İranın Körfəz bölgəsindəki qardaş ölkələrə raket və PUA hücumları da qəbulolunmazdır.
Ərdoğan qeyd edib ki, Türkiyənin sərhədlərinin və hava məkanının təhlükəsizliyi ilə bağlı problem yoxdur, təhlükəsizlik qurumları bütün zəruri tədbirləri görür. O əlavə edib ki, Ankara atəşkəs və danışıqların bərpası üçün diplomatik təşəbbüsləri aktivləşdirəcək.
Türkiyə prezidenti xəbərdarlıq edib ki, diplomatiyaya imkan verilməzsə, region daha geniş münaqişə riski ilə üzləşə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 28 Fevral 2026 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















