Icma.az
close
up
RU
İsrail İran qarşıdurması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? Analiz

İsrail İran qarşıdurması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? Analiz

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Məlum olduğu kimi, İsrailin İrana qarşı endirdiyi aviazərbələr bütün regionu və dünya iqtisadiyyatını silkələyən hadisəyə çevrilib.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan coğrafi mövqeyinə, enerji resurslarına və İranla qonşu olmasına görə bu hadisələrdən həm birbaşa, həm də dolayı şəkildə təsirlənə biləcək əsas ölkələrdən biridir.
İsrailin İrana endirdiyi zərbələrdən sonra dünya bazarlarında Brent markalı neftin qiyməti 13% artaraq bir barel üçün 78 dolları keçib. Azərbaycan neft və qaz ixrac edən ölkə olduğu üçün bu qiymət artımı ölkəyə əlavə gəlir gətirə bilər. Məsələn, əgər Azərbaycan gündə 600 min barel neft ixrac edirsə və qiymət hər barreldə 10 dollar artarsa, gündəlik 6 milyon dollara yaxın əlavə qazanc deməkdir. Bu, büdcəyə müsbət təsir göstərərək sosial layihələrin maliyyələşdirilməsinə və valyuta ehtiyatlarının güclənməsinə səbəb ola bilər.
Digər tərəfdən, dünya bazarında baş verən bahalaşmaların daxili bazara da təsir etməsi qaçılmazdır. Neftin və qazın emalı üçün lazım olan bir çox avadanlıq, kimyəvi maddə və texniki vasitələr xaricdən idxal olunur. Bunların dəyəri isə əsasən dollarla hesablanır. Dolların bahalaşması və idxal olunan komponentlərin qiymətinin artması daxildə benzin və dizelin maya dəyərini yüksəldə bilər. Bu isə nəqliyyat və daşınma xərclərini artıraraq ərzaq, sənaye və gündəlik tələbat məhsullarında qiymət artımına səbəb ola bilər. Belə vəziyyətdə neft ölkəsi olmasına baxmayaraq Azərbaycanda da benzinin qiyməti arta bilər.
İnvestorların qeyri-sabitlik fonunda “təhlükəsiz liman” kimi qızıla və dollara üz tutması da qiymət artımını gücləndirir. Qızılın qiyməti artıq rekord səviyyəyə – bir unsiyası 3500 dollara qədər yüksəlib. Bu artım Azərbaycanda qızıl alan şəxslər üçün əlavə xərc deməkdir. Əvvəllər 1 qramı 110 manata alınan qızıl indi 130 manata qədər bahalaşıbsa, 50 qramlıq bir alımda alıcı əlavə 1000 manat ödəməli ola bilər. Eyni zamanda dolların bahalaşması ölkəyə idxal olunan məhsulların – məsələn, dərman, texnika, avtomobil, geyim və digər malların qiymətinə təsir edir.
Azərbaycanın iqtisadiyyatı üçün daha bir mühüm məqam isə İranla birbaşa quru sərhədə malik olmasıdır. Azərbaycanla İran arasında Astara, Culfa və digər sərhəd-keçid məntəqələrindən aktiv ticarət və yükdaşımalar həyata keçirilir. Gərginliyin artması və İranın bu sərhədlərdə təhlükəsizlik tədbirlərini gücləndirməsi, bəzi hallarda isə yolları bağlaması ehtimalı ticarət dövriyyəsinə mənfi təsir göstərə bilər. Bu vəziyyət ərzaq və sənaye məhsullarının çatdırılmasında gecikmələrə, bəzi malların çatışmazlığına və nəticədə qiymət artımına səbəb ola bilər. Xüsusilə Naxçıvana daşınan yüklərin əsas quru yolu İran ərazisindən keçdiyinə görə, Muxtar Respublikanın təchizatında ciddi problemlər yarana bilər.
Eyni zamanda, İran Azərbaycana nisbətən ucuz qiymətə müxtəlif məhsullar ixrac edir. Bu məhsullar arasında ərzaq, məişət texnikası, tikinti materialları da var. Əgər bu tədarük dayansa və ya zəifləsə, həmin məhsulların qiyməti Azərbaycanda arta bilər, çünki alternativ bazarlardan alış daha baha başa gələcək.
Qeyd olunanlardan belə görünür ki, İsrail-İran arasında baş verən gərginlik Azərbaycanın iqtisadi sabitliyini bir çox istiqamətlərdən sınağa çəkə bilər. Bu gərginlik həm fürsət, həm də risklər yaradır. Enerji qiymətlərinin artması ölkəyə əlavə gəlir gətirsə də, bu, daxildə inflyasiyanı, idxal xərclərini və sosial gərginliyi artırmaq potensialına malikdir.
İsrail–İran qarşıdurması şiddətlənərsə Azərbaycan üçün ən ciddi neqativ təsirlərdən biri qaçqın axınının Azərbaycana yönəlməsi ola bilər. Əgər İran vətəndaşları, xüsusən də etnik azərbaycanlılar ölkəni tərk etməyə məcbur olarlarsa, üz tutacaqları ilk ölkə Azərbaycan olacaq. İrandan Azərbaycana bu cür kütləvi miqrasiya baş verərsə, bu, ölkə üçün ciddi sosial və iqtisadi yük gətirə bilər.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 İyun 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see201

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see198

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see156

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see139

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see139

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri