Icma.az
close
up
RU
İsrail İranı, İran qonşularını, Pakistan isə... Nələr olur?

İsrail İranı, İran qonşularını, Pakistan isə... Nələr olur?

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail ordusunun və ABŞ-ın uzun müddətdir regiona göndərdiyi qüvvələrin İrana məhz bu gün hücuma keçməsi diqqət çəkir.

Axar.az xəbər verir ki, iki gün öncə Əfqanıstan Pakistanın terror yuvalarına endirdiyi zərbələrə cavab olaraq qonşu ölkəyə hücum etmiş və sərhəddəki çoxsaylı blok-postları ələ keçirmişdi. Pakistan isə bu hücumun arxasında əzəli rəqibi Hindistanın dayandığını vurğulayaraq, Əfqanıstanla “açıq müharibəyə” girdiyini elan etdi.

Pakistan Əfqanıstana ağır zərbələr endirir, Talibanın 200-dən çox itki verdiyi, həmçinin mövqelər itirdiyi bildirilir. Eyni zamanda, Əfqanıstanın da Pakistanın qırıcısını və nüvə obyektini vurduğu haqda iddialar var.

Pakistanın iddiasında əsaslı arqumentlər var, çünki yeni qurulan Əfqanıstanın Pakistana hücum üçün səbəbi və cəsarəti olmazdı. Belə görünür ki, Hindistan regionun destabilləşməsinə “töhfə” verir.

Regiondakı terror hücrələri də oyanıb. İŞİD, bəluc qruplarının aktivliyi müşahidə edilir və bu da Pakistana əlavə başağrısıdır. Belə görünür ki, Çinin dəstəklədiyi Pakistanın qarşısındakı Əfqanıstanın arxasındakı qüvvə təkcə Hindistandan ibarət deyil. Çin maraqlarına qarşı təşəbbüs varsa, burda digər beynəlxalq güclər də aktivdir.

Çinin dəstək verdiyi bildirilən İrana ABŞ və İranın məhz bu gün zərbələr endirməsi təsadüfi olmaya da bilər. Çinin İrana hərbi yardım göndərdiyi iddiaları vardı, üstəlik, İran Çinin “ucuz yanacaqdoldurma məntəqəsi” rolunu oynayan iki dövlətdən biridir. ABŞ lideri Trampın İran xalqına bugünkü açıqlaması onu iddia etməyə əsas verir ki, hücum hakimiyyət dəyişikliyinə qədər davam edəcək və yaxud ən azı İranda hakimiyyət dəyişikliyi qarşıya məqsəd olaraq qoyulub.

Bu, çox ciddi hədəfdir və böyük xaos yarada bilər.

Rusiya-Ukrayna savaşının sona yaxınlaşdığı haqda ehtimallar, iki slavyan ölkəsi arasında yay aylarından əvvəl atəşkəsin imzalanacağı ehtimalı, görünür, Yaxın Şərqin də “yenidən dizayn edilməsi” prosesini sürətləndirib.

Yeni dünya düzəminin daha tez qurulması üçün regionlardakı “yarımçıq işlər” tamamlanmalıdır.

Ancaq “tamamlanma” və yaxud “yenidən dizayn” uzunmüddətli xaosa gətirib çıxara bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Fevral 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri