İsrail İranın nüvə silahı istehsalı ilə bağlı gizli plan ını dərc etdi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
İsrail ordusu İranın nüvə silahı istehsal etmək üçün "gizli plan"ının olduğunu bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) saytında kəşfiyyat məlumatlarına əsaslanan infoqrafika dərc edilib.
Bu infoqrafika, qeyd olunduğu kimi, Tehranın "geri dönüşü olmayan nöqtəyə" yaxınlaşdığını sübut edir.
Paylaşımda bildirilir ki, hazırda İran qısa müddətdə nüvə silahı əldə edə bilər, çünki İran rejiminin minlərlə kiloqram zənginləşdirilmiş uran hasil etmək üçün səylərinin birləşməsi, mərkəzləşdirilməmiş və yeraltı zənginləşdirmə imkanları buna imkan verməyə başlayıb.
IDF bildirib ki, İran nüvə fiziklərinin köməyi ilə onilliklər ərzində nüvə silahı üzərində işləyir və son illərdə öz səylərində real irəliləyiş nümayiş etdirib. Proqram xüsusilə son aylarda sürətlənib.
IDF vurğulayıb ki, dünya diplomatiya yolu ilə İranı dayandırmağa çalışıb, lakin nəticəsiz qalıb və buna görə də SAXAL İsrail vətəndaşlarını qorumaq üçün hərəkətə keçməyə borcludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 13 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















