İsrail İranın qərbində 40 dan çox hərbi obyektə zərbə endirib
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
İsrail Müdafiə Qüvvələri (İDF) bu gün səhər saatlarında İranın qərbində yerləşən daha 40-dan çox hərbi obyektə hava hücumları həyata keçirib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.
Bildirilib ki, hücumlar zamanı əsas hədəf raket anbarları və raketlə əlaqəli obyektlər olub.
Hücumda təxminən 25 qırıcı təyyarə iştirak edib.
Bununla yanaşı, qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ötən gecə “Emad” tipli ballistik raketlərlə dolu buraxılış qurğusuna da zərbə endirib.

İsrail İranın qərbində 40 dan çox hərbi obyektə zərbə ENDİRİB
18 İyun 2025 19:47
İsrail Dəməşqdəki hərbi obyektə zərbə endirib
16 İyul 2025 18:58
İsrail hərbi aviasiyası İranın cənub qərbində hərbi infrastruktura aviazərbələr endirib
21 İyun 2025 16:02
İsrail İranın nüvə obyektinə zərbə endirib
15 Noyabr 2024 18:56
İsrail İranın beş hərbi obyektə zərbəsini gizlətdi
05 İyul 2025 14:15

