İsrail İranla təkbaşına müharibə aparacaq gücdə deyil
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, Cəvani xüsusi televiziya proqramında çıxış edərək regional vəziyyət və İranın müdafiə imkanları ilə bağlı açıqlamalar verib.
Onun sözlərinə görə, yeni komandanların təyin edilməsi ilə bağlı qərarlar Hörmüz boğazında qarşıdurmaların və müharibənin davam etdiyi bir vaxtda qəbul edilib. Təyinatların əsas məqsədi ölkənin mövcud vəziyyətinə və müdafiə imkanlarının gücləndirilməsinə uyğun yeni yanaşma formalaşdırmaqdır.
Cəvani bildirib ki, yeni təyin olunan komandirlərin hamısı İran-İraq müharibəsi dövründən təcrübəli şəxslərdir. Onların əsas vəzifəsi mümkün hücumlara cavab vermək üçün mövcud hərbi imkanları artırmaqdır.
General ABŞ-ın regionda “müvəkkil qüvvələrə” malik olduğunu iddia edib və Vaşinqtonun müharibəyə bütün gücü ilə qoşulmaq qərarı verdiyini söyləyib. Onun sözlərinə görə, qarşı tərəf məğlubiyyətini asanlıqla qəbul etmək istəmir.
Cəvani İran silahlı qüvvələrinin yalnız müdafiə deyil, həm də hücum yönümlü yanaşmaya keçməli olduğunu bildirib. O, həmçinin hərbi təhdidlərə qarşı imkanlarla yanaşı, informasiya və hibrid müharibə sahələrində də fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
“Biz heç vaxt müharibəni başladan tərəf olmamışıq”, – deyən Cəvani İranın hazırda müharibənin ortasında olduğunu və qarşı tərəfin fürsət gözlədiyini bildirib.
İranlı komandan müharibənin qarşı tərəfin “hesablama səhvi” nəticəsində başladığını, lakin onun istədiyi nəticəni əldə edə bilmədiyini iddia edib. Cəvaninin sözlərinə görə, İsrail İranla təkbaşına müharibə aparacaq gücdə deyil.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Avqust 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















