Icma.az
close
up
RU
İsrail Livan razılaşması: “Pilot zonalar” sülh gətirəcək, yoxsa?..

İsrail Livan razılaşması: “Pilot zonalar” sülh gətirəcək, yoxsa?..

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail və Livan atəşkəs rejiminin tətbiqi və Livan ordusunun nəzarəti altında “pilot zonaları” yaratmaq barədə razılığa gəliblər. Razılıq ABŞ paytaxtı Vaşinqtonda iki günlük danışıqlarda əldə olunub.

Məlumata görə, Hizbullah yaraqlıları bu zonalara buraxılmayacaq. Bəyanatda qeyd olunur ki, Amerika Birləşmiş Ştatlarının himayəsi altında aparılan danışıqlardan sonra İsrail və Livan  Hizbullah atəşinin tamamilə dayandırılması və bütün Hizbullah üzvlərinin Cənubi Litani sektorundan təxliyə edilməsi şərti ilə atəşkəsin tətbiq olunması barədə razılığa gəliblər. Təhlükəsizlik zonalarının yaradılmasının təfərrüatları hələ dəqiqləşdirilməyib, lakin müqavilədə Livan ordusunun bu ərazilərə tam nəzarəti ələ keçirəcəyi nəzərdə tutulur.

Hər iki tərəf Livan Silahlı Qüvvələrinin ərazi üzərində müstəsna nəzarəti həyata keçirəcəyi və bütün qeyri-dövlət subyektlərini istisna edəcəyi pilot zonaların yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər. Bu tədbirlər hərtərəfli sülh və təhlükəsizlik sazişinə doğru irəliləmək məqsədi daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay deyib ki, Vaşinqtonda hazırlanan “pilot bölgə” və atəşkəs mexanizmi bölgənin mürəkkəb geopolitik quruluşu nəzərə alındıqda kifayət qədər kövrək mənzərə yaradır.

Professor vurğulayıb ki, bu cür bir sazişin davamlılığı bölgədəki güc balansları və aktorların strateji prioritetləri ilə birbaşa bağlıdır:

“Sazişin mərkəzində dayanan Livan ordusunun sözügedən bölgələri Hizbullah ünsürlərindən təmizləyəcək və nəzarət altında saxlayacaq hərbi və siyasi potensiala sahib olub-olmaması ən kritik sualdır. Livan ordusu ölkədəki həssas siyasi balanslardan müstəqil bir aktor deyil. Hizbullahın yalnız hərbi struktur deyil, eyni zamanda Livan siyasətinin əsas tərkib hissələrindən biri olması reallığı ordunun bu struktura qarşı sərt təmizləmə əməliyyatı həyata keçirməsini çətinləşdirir. Ordunun bölgədəki hərbiləşdirilmiş ünsürlərin qarşısını almaq üçün lazım olan təchizata və iradəyə sahib olması xarici yardımlardan və daxili siyasi konsensusdan asılıdır. Hizbullah “müqavimət” ritorikası və regional strateji dərinliyi vasitəsilə mövcudluğunu qoruyur”.

Analitikə görə, Hizbullahın “pilot bölgələrdən çəkilmək” şərtini qəbul etməsi təşkilatın strateji dərinliyindən imtina etdiyi mənasına gəlmir:

“Təşkilat bu bölgələri birbaşa hərbi mövcudluğu ilə deyil, yerli tərəfdarları və ya “mülki” görünüşlü ünsürləri vasitəsilə nəzarətdə saxlamağa davam etmək meyli göstərə bilər. Təşkilat beynəlxalq təzyiqi azaltmaq və Livan üzərindəki iqtisadi-siyasi embarqoları yumşaltmaq naminə bu sazişi müvəqqəti bir “taktiki geri çəkilmə” kimi görə bilər. İsrail üçün bu cür sazişlər adətən sərhəd təhlükəsizliyinin xarici mənbələr tərəfindən təmin edilməsi üzərində qurulur. İsrailin təhlükəsizlik doktrinası sərhədin o tayındakı hər hansı şübhəli hərəkəti və ya Hizbullahın logistik potensialının davam etməsini “pozuculuq” kimi qəbul etməyə meyillidir. Sazişin icrasında hər hansı bir nasazlıq fərq edildiyi təqdirdə, İsrailin birtərəfli müdaxilə hüququnu özündə saxlaması sazişi hər an sonlandıra biləcək bir tətikləyicidir”.

Hasan Oktay: Tərəflər arasındakı bu saziş əgər yalnız bir atəşkəsi hədəfləyirsə, uğurlu ola bilər

H.Oktay qeyd edib ki, Vaşinqtonun vasitəçiliyi sazişə bir qanunilik qazandırsa da, onun sahədəki aktorlar üzərindəki təsirinin sərhədləri var:

“İranın yanaşması və Hizbullah üzərindəki təsiri sazişin ömrünü müəyyən edən ən xarici və ən güclü amillərdən biridir. Regional güclərin sazişdən məmnun qalmaması və ya status-kvonun pozulmasını öz xeyrinə görməsi halında sahədəki pozuntuların artması qaçılmazdır”.

Müsahibimizə görə, tarixi təcrübələr göstərir ki, kağız üzərində qalan bu cür “təhlükəsizlik zonası” modelləri tərəflərdən birinin status-kvodan narazılığı və ya digər tərəfin (İsrail) təhlükəsizlik qayğıları tətikləndiyi anda çökür. Onun fikrincə, əgər bu saziş yalnız bir atəşkəsi hədəfləyirsə, uğurlu ola bilər.

“Lakin Hizbullahı sahədən tamamilə təmizləməyi hədəfləyirsə, bu vəziyyətin Livanı daxili müharibəyə sürükləmə və ya münaqişəni yeni müstəviyə daşıma riski mövcuddur”, - deyə Hasan Oktay əlavə edib.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 İyun 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri