İsrail Livanda “Hizbullah” ın səkkiz düşərgəsinə zərbə endirib
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
İsrail ordusu Livanda “Hizbullah”ın Radvan Xüsusi Təyinatlı Qüvvələrinə məxsus səkkiz hərbi düşərgəyə hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Livanın Baalbek bölgəsində Radvan qüvvələrinə məxsus səkkiz hərbi düşərgəyə hücum etdi. Hücum edilən ərazilərdə “Hizbullah”a məxsus raketlər də daxil olmaqla çoxlu sayda silah var idi. Radvan qüvvələri düşərgələrdən təlim və qarşıdurmaya hazırlıq, eləcə də İMQ heyətinə və İsrail mülki əhalisinə qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün istifadə edib", - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:İsrail Livanda “Hizbullah”ın təlim düşərgəsinə zərbə endirib
12 Dekabr 2025 13:13
İsrail Livanda Hizbullah ın mövqelərinə zərbə endirib
27 İyun 2025 13:46
İsrail ordusu Livanda “Hizbullah”ın 25 obyektinə zərbə endirib
25 Noyabr 2024 23:48
İsrail Livanda Hizbullah ın hədəflərinə aviazərbələr endirib
30 May 2025 11:53
Baxış sayı:138
Bu xəbər 26 Fevral 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















