İsrail Livanı bir gündə 100 dəfə vurub BMT həyəcan təbili çalır
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
BMT-nin Humanitar Məsələlər üzrə Baş Katibinin müavini Tom Fletçer İsrailin Livana hücumlarının fəlakətli nəticələri barədə xəbərdarlıq edərək, çoxlu sayda mülki şəxsin itkisini və atəşkəsə təcili ehtiyac olduğunu vurğulayıb.
"Unikal" xəbər verir ki, Fletçer özünün "X" sosial media səhifəsində son 24 saatın dəhşətli statistikasını təqdim edib:
"24 saat ərzində Livana 100 zərbə endirilib. Mülki şəxslər həlak olub. Ailələr evsiz qalıb."
Fletçer bildirib ki, humanitar təşkilatlar zərər çəkənlərə kömək etmək üçün əllərindən gələni edirlər, lakin heç bir təchizat zorakılığa son qoymağın yerini verə bilməz.
BMT-nin yüksək vəzifəli rəsmisi yekun olaraq bildirib ki, "Ehtiyacı olanlara kömək göstərmək üçün əlimizdən gələni edirik. Amma insanların ən çox ehtiyac duyduğu şey əsl atəşkəsdir".
Baxış sayı:132
Bu xəbər 12 May 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















