Icma.az
close
up
RU
İsrail Livanla atəşkəsi niyə pozdu? Mesaj xarakteri daşıyır

İsrail Livanla atəşkəsi niyə pozdu? Mesaj xarakteri daşıyır

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən İsrail və Livan arasında 10 günlük atəşkəs elan olunduğu bildirilsə də, bu gün İsrail tərəfinin Livana hücum etdiyi və nəticədə ölən və yaralananların olduğu qeyd edilir.

Belə olan halda əsas sual yaranır: atəşkəsin elan olunmasına baxmayaraq, vəziyyət niyə yenidən gərginləşir və İsrail atəşkəsi pozmaqla hansı məqsədləri güdür?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirdi ki, İsrail-Livan xəttində gərginlik adətən bir neçə paralel siyasi və hərbi məntiqin üst-üstə düşməsi ilə formalaşır:

"Hazırda atəşkəs elan olunmasına baxmayaraq hücum xəbərlərinin gəlməsi onu deməyə əsas verir ki, İsrail tərəfi atəşkəsi daha çox taktiki fasilə kimi görür. Yəni tam sabitlik deyil, əməliyyatların yenidən qiymətləndirilməsi və müəyyən hədəflərin dəqiqləşdirilməsi üçün qısa dayandırma mərhələsi. Bu yanaşmada əsas məqsəd potensial təhlükə mənbəyi hesab edilən strukturların və ya hərbi imkanların tam sıradan çıxarılmasıdır.
Hazırda İsrail tərəfi zərbələrin endirilməsini cavab zərbələri kimi əsaslandırır. Hizbullah kimi aktorların mövcudluğu İsrail üçün təhlükəsizlik təhdidi kimi qiymətləndirilir və bu kontekstdə istənilən atəşkəs çox vaxt tam etimad üzərində qurulmur. Livan hökumətinin Hizbullah üzərində təsir imkanlarının olmaması və Hizbullahın İsrail-Livan danışılqarını qəbul etməməsi də atəşkəsin davamlılığını şübhə altına alır. Daha bir faktor isə daxili və regional çəkindirmə məntiqidir. Tarix göstərir ki, İsrail bəzən hərbi güc tətbiqini yalnız konkret təhlükəni aradan qaldırmaq üçün deyil, həm də qarşı tərəfə gələcək eskalasiyanın baha başa gələcəyini göstərmək üçün istifadə edir. Bu, klassik çəkindirmə strategiyasının bir hissəsidir və mesaj xarakteri daşıyır. Yəni İsrail demək istəyir ki, atəşkəs pozularsa, cavab daha sərt olacaq. Bununla yanaşı, belə addımların risk tərəfi də var. Atəşkəsin çox qısa müddət sonra pozulması diplomatik etimadı zəiflədir və tərəfləri yenidən eskalasiya spiralına qaytarır. Bu isə artıq lokal toqquşmaların daha geniş regional qarşıdurmaya çevrilməsi riskini artırır".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Aprel 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri