İsrail məhkəməsi Ben Qvirin timsah planını dayandırdı
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yerusəlim Dairə Məhkəməsi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə terrorizmdə ittiham olunanların saxlanıldığı həbsxanaları mühafizə etmək üçün timsahlardan istifadə etməyi qadağan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, məhkəmə qərarı “Let the Animals Live” heyvan hüquqları təşkilatının apelyasiya şikayətindən sonra qəbul edilib.
Qəzetin məlumatına görə, Ben-Qvir məhkəmə qərarını tənqid edərək bildirib ki, bu, hüquq sisteminin terrorçuları dəstəklədiyini göstərir və İsrailin təhlükəsizliyini təmin etmək üçün atılan addımlara mane olur.
Digər tərəfdən, İsrail Parklar və Vəhşi Təbiət İdarəsinə bir neçə ay ərzində Milli Təhlükəsizlik Nazirliyinin təhlükəsizlik cinayətlərində ittiham olunan məhbusların saxlanıldığı həbsxanaların xəndəklərinə timsahlar yerləşdirməsinə icazə verməsi üçün təzyiqlər göstərildiyi bildirilib. Belə ki, pilot layihənin İsrailin cənubundakı Neqev səhrasında yerləşən Ktsiot həbsxanasında başlaması gözlənilirdi.
Bu mövzuda digər xəbərlər:İsrail həbsxanalarının içində: Ben Qvirin qəddarlığı siyasətə çevrilib
10 Sentyabr 2026 12:44
İsrail mediası: Ben Qvirin Nyu York səfəri həbs olunmaq qorxusu ilə ləğv edilib
05 İyul 2026 11:10
Netanyahu Ben Qvirin hökuməti tərk edəcəyini gözləyir
13 İyul 2025 00:00
Ben Qvirin ABŞ yə səfəri ləğv edildi
04 İyul 2026 22:45
Ben Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə təyinatı təsdiqlənib
19 Mart 2025 10:38
Baxış sayı:120
Bu xəbər 03 Avqust 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















