13 siyasi qüvvədən sülhə ZƏRBƏ
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Ermənistandakı on üç siyasi qüvvə birgə iclasdan sonra Ermənistan konstitusuyasının dəyişdirilməsindən imtina edilməsi də daxil olmaqla, dörd prioritet məqsədi əks etdirən birgə bəyanat yayıb.
Sənədi müzakirələrə qatılan bütün siyasi qüvvələr imzalayıblar.
Müxalifət təşkilatları Ermənistanın yeni konstitusiyasının tətbiqindən imtina etməyi, birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülhə nail olmağı, milli kimliyi və Erməni Apostol Müqəddəs Kilsəsini qorumağı, demokratik azadlıqları və hüquqları bərpa etməyi özlərinin əsas məqsədi elan ediblər.
Bəyanatı imzalayanlar milli prioritetlər ətrafında ictimai birlik atmosferi yaratmaq və ölkənin üzləşdiyi problemləri həll etmək üçün qüvvələrini birləşdirmək barədə razılığa gəliblər. Onlar həmçinin, digər siyasi qüvvələri, ictimai xadimləri və fəalları təşəbbüsə qoşulmağa çağırıblar.
Bəyanatı “Azadlıq”, “Həyat üçün Ölkə”, “Çiçəklənən Ermənistan”, “Demokratik Alternativ”, “Erməni Milli Konqresi”, “Erməni İnqilab Federasiyası” (Daşnaksutyun), “Ermənistan” bloku, Ermənistan Respublika Partiyası, “Ermənistan Mənəm”, “İrs”, “Güclü Ermənistan” partiyaları imzalayıblar.
Ermənistanda 13 siyasi qüvvənin bir araya gələrək dörd əsas prioriteti əhatə edən birgə bəyanat imzalaması və müxalifətin əsas tələblərindən birinin yeni konstitusiyanın qəbulundan imtina edilməsi olması nə ilə bağlıdır?
“Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanda revanşist müxalifət partiyalarının bir araya gələrək yeni konstitusiyanın qəbuluna qarşı çıxmaları və birgə bəyanat imzalamaları təəccüblü hadisə deyil, gözlənilən idi:
“Belə ki, bu bəyanatı imzalayan qüvvələr vaxtaşırı bu məsələlərdə, ümumiyyətlə, Azərbaycanla sülh prosesinin əleyhinə çıxış ediblər. Onlar yeni konstitusiyanın qəbulunu Ermənistanın ərazi itkiləri kimi dəyərləndirirlər. Ona görə də belə mövqe sərgiləyirlər. Bu anlaşılandır.
Məhz buna görə də Azərbaycan hökuməti Ermənistan hakimiyyəti ilə sülh müqaviləsini imzalamazdan əvvəl referendum keçirilməsini tələb edirdi. Çünki Azərbaycan məhz Ermənistan hakimiyyəti ilə deyil, Ermənistan cəmiyyəti ilə sülh müqaviləsi imzalamağa çalışır. Çünki belə olduğu halda gələcəkdə yenidən hansısa revanşist qüvvələr ərazi iddiaları ilə çıxış edərək bölgədə vəziyyəti gərginləşdirməsinlər”.
Politoloq əlavə edib ki, müxalifətin bu davranışı, əslində, Nikol Paşinyanın da müəyyən reaksiyaları ilə qarşılanıb:
“Belə ki, Paşinyan hələ bir neçə gün əvvəl bildirmişdi ki, referendumla bağlı ehtiyac yaranarsa, növbədənkənar seçkilərə də gedilə bilər. Yəni parlamentdə referendumun keçirilməsi ilə bağlı qərar qəbul olunmasa, Ermənistan hakimiyyəti növbədənkənar seçkilərə getməklə daha çox səs əldə etməyi və referendumu keçirməyi planlaşdırır.
Müxalifətin bu addımları Ermənistan cəmiyyətində mövcud olan revanşist əhval-ruhiyyənin bir təzahürü sayıla bilər. Məhz bu cür davranışlar üzərindən altı il keçməsinə baxmayaraq, Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanmasına hələ də əngəl törədir və prosesin gecikməsinə səbəb olur. Bu davranışlar sülh prosesinə, eləcə də iki ölkə arasında normallaşma prosesinə vurulan zərbə və yaradılan maneə kimi dəyərləndirilməlidir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Ermənistan konstitusuyası Oqtay Qasımov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Noyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















