Seçki məğlubiyyəti Ağ Evdə xaos yaratdı: Tramp otağına qapandı
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı il ara seçkilərində Demokratların qələbəsi Respublikaçılar Partiyasında və Ağ Evdə ciddi məyusluq yaradıb.
Turkustan.az xəbər verir ki, seçki nəticələrinin aydınlaşmasından sonra Ağ Evdə yaşanan gərgin anlar və yüksəkvəzifəli şəxslərin binanı tərk etməsi ilə bağlı təfərrüatlar mətbuata sızıb.
Seçki gecəsi Ağ Evin Şərq zalında Nazirlər Kabinetinin üzvləri, siyasi müşavirlər və MAGA hərəkatının nümayəndələri toplaşıb. Masalara içkilər düzülüb, iştirakçılar isə ekranlardan seçki nəticələrini izləyiblər.
Lakin prezident Donald Tramp ümumiyyətlə aşağı mərtəbəyə enməyib və şəxsi iqamətgahında qalmağa üstünlük verib.
Məlumata görə, Tramp baş müşaviri Natali Harp və Ağ Evin aparat rəhbəri Suzi Uaylsla birlikdə bir otaqda qapalı qalıb və seçkilərin nəticələrini izləyib. Bu müddətdə birinci xanım onun yanında olmayıb.
Seçki nəticələri açıqlandıqca və Respublikaçıların məğlubiyyətinin miqyası bəlli olduqca, Şərq zalındakı iştirakçılar tədricən oranı tərk etməyə başlayıblar.
Əvvəlcə yüksəkvəzifəli əməkdaşlar, daha sonra isə bəzi Nazirlər Kabineti üzvləri zalı sakitcə tərk ediblər. Həmin axşam tədbirdə iştirak edən ABŞ dövlət katibi Marko Rubio isə gecənin sonlarında artıq görünməyib.
Aytən Yaşar/Turkustan.az
Baxış sayı:136
Bu xəbər 05 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















