İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hizbullah təhlükəsiz aradan qalxana qədər İsrail Livanın cənubunda təhlükəsiz zonanı nəzarətdə saxlayacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə naziri İsrael Katz bildirib.
“İsrail Müdafiə Qüvvələri (IDF) Livanda Hizbullaha qarşı tam gücü ilə fəaliyyətini davam etdirəcək. Şimalda yaşayan sakinlərin təhlükəsizliyi təmin olunmayana qədər Livanın cənubundan şimala köç etmiş yüz minlərlə sakin, Litani çayının cənubuna qayıtmayacaq”, – Katz IDF Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və digər yüksək rütbəli zabitlərlə keçirdiyi görüşdə bildirib.
İsrailli MN rəhbəri bildirib ki, Hizbullahın döyüşçülərini və silahlarını Livanın cənubuna daşımaq üçün istifadə etdiyi Litani çayı üzərindəki bütün körpülər partladılıb və IDF qalan körpülərə və Litaniyə qədər olan təhlükəsizlik zonasına nəzarət edəcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 24 Mart 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















