Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

İsrail Müdafiə Qüvvələri böhran həddində... İki əsas problem... TƏHLİL

İsrail Müdafiə Qüvvələri böhran həddində... İki əsas problem... TƏHLİL

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Təhlükəsizlik qüvvələri bir tərəfdən terror təhlükəsi, digər tərəfdən isə radikal yəhudi qruplarının qanunsuz fəaliyyətinin yaratdığı problemlərlə eyni vaxtda mübarizə aparmağa məcbur olur..."

"İsrail ordusunun qarşısında duran əsas təhlükə xarici düşməndən daha çox daxildə formalaşan qərarvermə və resurs problemləridir..."

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda İsrail Müdafiə Qüvvələri (“SAXAL”) təkcə döyüş meydanında deyil, həm də daxildə ciddi problemlərlə üzləşib. 

İsrail portallarının "Maariv" qəzetinin hərbi şərhçisi Avi Aşkenaziyə istinadla yaydığı təhlildə ordunun fəaliyyətinə mənfi təsir göstərən iki əsas amil – siyasi rəhbərliyin hərbi qərarlara artan müdaxiləsi və texniki imkanların zəifləməsi ön plana çıxarılır.

Moderator.az həmin təhlili dəyərli oxucuların diqqətinə çatdırır:

Siyasi qərarlar ordunun fəaliyyətini məhdudlaşdırır?..

Avi Aşkenazinin fikrincə, son dövrlərdə İsrailin siyasi rəhbərliyi ilə hərbi komandanlıq arasında fikir ayrılıqları daha da dərinləşib. Onun qənaətinə görə, xüsusilə Qəzza zolağında həyata keçirilən əməliyyatlar əvvəlki illərlə müqayisədə daha sərt siyasi nəzarət altında icra olunur və bir sıra mühüm qərarlar yalnız ölkənin ali siyasi-hərbi rəhbərliyinin razılığı ilə qəbul edilir.

İsrail mediasında dərc olunan digər materiallarda da hökumətlə Baş Qərargah arasında əməliyyatların miqyası, məqsədləri və aparılma üsulları ilə bağlı fərqli yanaşmaların mövcud olduğu bildirilir. Ekspertlər hesab edirlər ki, bu vəziyyət hərbi komandanlığın operativ qərarvermə imkanlarını məhdudlaşdıra bilər...

Livan və İordan çayının qərb sahilində narahatlıq artır...

Aşkenazinin təhlilində diqqət çəkilən digər məqamlardan biri Livan istiqamətində yaranmış vəziyyətdir. Müəllif hesab edir ki, "Hizbullah"a qarşı cavab tədbirlərinin məhdudlaşdırılması təşkilatın fəaliyyət imkanlarını genişləndirə və sərhəddə təhlükəsizlik risklərini artıra bilər.

İordan çayının Qərb sahilində – İsrailin "İudeya və Samariya" adlandırdığı ərazilərdə də vəziyyət mürəkkəb olaraq qalır. Burada təhlükəsizlik qüvvələri bir tərəfdən terror təhlükəsi, digər tərəfdən isə radikal yəhudi qruplarının qanunsuz fəaliyyətinin yaratdığı problemlərlə eyni vaxtda mübarizə aparmağa məcbur olur. Bir sıra israilli ekspertlər hesab edirlər ki, bu, ordunun resurslarını parçalayır və əsas təhlükəsizlik vəzifələrinin icrasını çətinləşdirir...

İkinci böyük problem – hərbi texnika köhnəlir...

Hərbi şərhçinin təhlilində ordunun texniki təminatı ilə bağlı vəziyyət də narahatlıq doğuran əsas məsələlərdən biri kimi qiymətləndirilir.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin arsenalında uzun illərdir istifadə olunan “AH-64”- "Apache" döyüş helikopterləri və “CH-53”- "Yasur" nəqliyyat helikopterləri istismar müddətinin son həddinə yaxınlaşır. Ehtiyat hissələrinin əldə edilməsində yaranan çətinliklər, yeni texnikanın alınmasının gecikməsi və büdcə problemləri yaxın perspektivdə ordunun aviasiya imkanlarına təsir göstərə bilər.

Beynəlxalq hərbi ekspertlər də son aylarda İsrailin uzunmüddətli müharibə şəraitində texniki resursların yenilənməsi və hərbi xərclərin artırılması zərurəti ilə üzləşdiyini vurğulayırlar.

Şəxsi heyət problemi də gündəmdədir...

Son aylarda İsrail mediasında ehtiyatda olan hərbçilərin uzun müddət xidmətə cəlb edilməsi, eyni zamanda orduda canlı qüvvə çatışmazlığı məsələsi dəfələrlə müzakirə olunub. Baş Qərargah rəisi Eyal Zamir də müxtəlif çıxışlarında ordunun qarşısında duran vəzifələrin mövcud resurslarla getdikcə daha çətin yerinə yetirildiyini bildirib.

Mütəxəssislərin fikrincə, eyni vaxtda Qəzza, Livan, Suriya istiqaməti və İordan çayının qərb sahilində təhlükəsizlik vəziyyətinin nəzarətdə saxlanılması İsrail ordusunun həm şəxsi heyətinə, həm də texniki imkanlarına ciddi yük yaradır...

Nəticə

Avi Aşkenazinin qənaətinə görə, İsrail ordusunun qarşısında duran əsas təhlükə xarici düşməndən daha çox daxildə formalaşan qərarvermə və resurs problemləridir. Onun fikrincə, siyasi rəhbərliklə hərbi komandanlıq arasında koordinasiya gücləndirilməsə, ordunun texniki modernləşdirilməsi sürətləndirilməsə və şəxsi heyət çatışmazlığı aradan qaldırılmasa, “SAXAL” qarşıdakı dövrdə daha mürəkkəb təhlükəsizlik çağırışları ilə üzləşə bilər.

Bununla yanaşı, qeyd edilməlidir ki, sözügedən qiymətləndirmələr hərbi şərhçi Avi Aşkenazinin analitik mövqeyini əks etdirir. İsrail hökuməti və Müdafiə Qüvvələri isə bu məsələlərlə bağlı rəsmi açıqlamalarında ordunun bütün istiqamətlər üzrə əməliyyat imkanlarının qorunduğunu və modernizasiya proqramlarının plan üzrə davam etdiyini bildirirlər...

Tərcümə və təqdim etdi:

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Avqust 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri