İsrail ordusu hadisələri izləyir: hücuma hazırdır
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
SAXAL Suriyada baş verən hadisələrlə əlaqədar Colan təpələrindəki hava və quru bölmələrini gücləndirir. Təl-Əviv hücum və müdafiə vəziyyətlərində baş verə biləcək hər hansı inkişafa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə İsrail ordunun (SAXAL) bəyanatında deyilir.
“Suriyada yaranan vəziyyət İsrail Silahlı Qüvvələrinin Baş Qərargahında və Şimal Dairə Komandanlığında qiymətləndirilib. Colan təpələrindəki hava və quru qüvvələrinin gücləndirilməsinə qərar verilib. İsrail ordusu hadisələri izləyir və həm hücum, həm də müdafiə baxımından vəziyyətin istənilən inkişafına hazırdır”, - deyə SAXAL-ın mətbuat xidmətinin məlumatında bildirilir.
Bəyanatda, həmçinin İsrail ordusunun sərhəd yaxınlığında təhlükənin yaranmasına imkan verməyəcəyi və təhdidlərə qarşı mübarizə aparacağı vurğulanır.
Qeyd edək ki, Colan təpələri 1967-ci ilin iyun ayında “Altıgünlük müharibə” zamanı İsrail qoşunları tərəfindən işğal olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 Dekabr 2024 05:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















