İsrail ordusu hər kəsi Yəmənin paytaxtı Səna hava limanını dərhal tərk etməyə çağırıb
Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail Müdafiə Qüvvələri (IDF) Ənsar Allah hərəkatının husilərin nəzarətində olan Yəmənin paytaxtı Səna sakinlərini beynəlxalq hava limanının ərazisini dərhal boşaltmağa çağırıb.
Müvafiq çağırışı IDF sözçüsü Aviçai Edri X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Təxliyə və bu ərazini tərk etmə əmrinə əməl edilməməsi sizi təhlükə qarşısında qoyacaq”, – yazıda deyilir.
Bazar ertəsi, mayın 5-də Al Masirah telekanalı ABŞ və İsrailin Yəməndəki sement zavoduna aviazərbələr endirməsi barədə məlumat yayıb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:İsrail ordusu, Yəmənin Hodeydə limanından təcili təxliyə çağırıb
16 Sentyabr 2025 16:00
İsrail yenidən Səna hava limanını bombalayıb
28 May 2025 13:18
Yəmənin Səna aeroportuna hava zərbələri endirilib
26 Dekabr 2024 18:42
İsrail Yəmənin paytaxtı Sənaya hücum etdi
10 Sentyabr 2025 19:51
İsrail Yəmənin Hodeydə limanını vurdu “Al Masirah”
16 Sentyabr 2025 18:09
Baxış sayı:102
Bu xəbər 06 May 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















