İsrail Ordusu Hizbullahın raket istehsalı zavodlarını MƏHV ETDİ
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beyrut ətraflarında Livanın "Hizbullah" hərəkatının silah anbarları və raket istehsalı müəssisələrinin əsas hissəsi məhv edilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın Dahiya bölgəsindəki silah anbarlarının və raket istehsalı obyektlərinin əksəriyyətini məhv edib", - nəşr qeyd ediB.
IDF bildirib ki, "Hizbullah" son 20 ildə Dahiyədə onlarla anbar və silah istehsalı müəssisəsi yaradıb.
"Mülki binaların altında sistematik olaraq gizlədilən bu obyektlərdə İsrailə ciddi ziyan vurmaq üçün yüzlərlə raket istehsal edilib və saxlanılıb", - Müdafiə Nazirliyi vurğulayıb.
"İsrail Hərbi Hava Qüvvələri son həftələrdə bu obyektlərin dağıdılması ilə məşğul olub.
Bu zərbələr zamanı bir neçə ikinci dərəcəli partlayışlar aşkar edilib ki, bu da hədəf infrastrukturda silahların olduğunu təsdiqləyib", - deyə İDF əlavə edib.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 13 Noyabr 2024 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















