İsrail ordusunun 2 hərbçisi həlak olub, 12 nəfər isə yaralanıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Qəzza zolağının cənubundakı Rəfah bölgəsində içərisində olduqları binanın partlaması və uçması nəticəsində çoxlu sayda İsrail əsgəri dağıntılar altında qalıb.
APA xəbər verir ki, bu haqda Qətərin əl-Cəzira telekanalı məlumat yayıb.
İsrail saytları daha əvvəl Rəfəhdə partlayış və binanın çökməsi nəticəsində bir əsgərin öldüyünü, digərlərinin isə dağıntılar altında qaldığını bildirmişdi.
Daha sonra İsrail mətbuatında yayılan məlumata görə isə hadisə zamanı azı iki nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Hərbi Hava Qüvvələri yaralıları Qəzza zolağından çıxarmaq və Aşkelondakı Barzilai xəstəxanasına çatdırmaq üçün helikopterlər göndərib.
Məlumatda qeyd olunur ki, partlayıcı qurğunun işə salınması binanın uçmasına səbəb olub və nəticədə İsrail əsgərləri dağıntılar altında qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 09 May 2025 07:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















