Icma.az
close
up
RU
İsrail qüvvələri Livandan çıxır?

İsrail qüvvələri Livandan çıxır?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail və Livan arasında nizamlanma üzrə çərçivə sazişi İsrail qüvvələrinin tədricən Livandan çıxarılmasını nəzərdə tutur.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ABŞ, İsrail və Livan rəsmiləri tərəfindən Vaşinqtonda imzalanan və ABŞ Dövlət Departamenti tərəfindən dərc edilən sənədin mətnində məlumat verilib.

Sazişdə qeyd olunur ki, İsrail hökuməti və Beyrut münaqişəyə son qoymaq və onun kökündə dayanan səbəbləri aradan qaldırmaq niyyətindədirlər.

Tərəflər Livan Silahlı Qüvvələrinin bütün Livan ərazisi üzərində effektiv suveren nəzarətini bərpa etməsini, eləcə də Livanda qeyri-hökumət qruplaşmalarının tərk-silah edilməsinə və respublikada onlarla əlaqəli infrastrukturun məhv edilməsinə səy göstərəcəklərini razılaşdırıblar. Sazişdə bildirilir ki, bu, İsrail qüvvələrini Livan ərazisindən tədricən çıxarmağa imkan verəcək.

Ehtimal edilir ki, bu mərhələli proseslə bağlı detallar ABŞ-nin tam dəstəyi ilə hazırlanmış əlavədə əksini tapacaq. Bu əlavədə, əsasən, təhlükəsizlik tədbirləri və yoxlama mexanizmləri razılaşdırılacaq.

Tərəflər Livan ərazisində iki zona müəyyən ediblər ki, bu zonalar üzərində nəzarəti İsrail qüvvələri tədricən Livan qüvvələrinə təhvil verəcəklər. Məhz hansı ərazilərdən söhbət getdiyi isə bildirilməyib. Sənəddə göstərildiyinə görə, Livan hökuməti bütün öz ərazisi üzərində suverenliyin tam bərpa edilməsi və qorunması üzrə öz güclü və sarsılmaz öhdəliyini təsdiqləyir. İsrail hökuməti bəyan edir ki, Livandakı silahlı qruplaşmaların, o cümlədən "Hizbullah" hərəkatının yaratdığı təhlükənin aradan qaldırılması gələcəkdə hərbi əməliyyatların və ya respublika ərazisində İsrail Müdafiə Qüvvələrinin mövcudluğunun saxlanılmasına olan zərurəti ortadan götürəcək.

Xatırladaq ki, iyunun 26-da ABŞ dövlət katibi Marko Rubio İsrail və Livanın Vaşinqtondakı səfirləri Yehiel Leyter və Nada Hammade-Muavvad ilə birlikdə beş raund danışıqlardan sonra tərəflər arasında əldə edilən çərçivə sazişini elan ediblər. Onlar qeyd ediblər ki, bu sənəd İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" təşkilatı arasındakı münaqişədən sonra sülhə yol açır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 İyun 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri