Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İsrail səfirindən Azərbaycana qarşı ciddi səhv

İsrail səfirindən Azərbaycana qarşı ciddi səhv

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin Ermənistandakı səfiri Coel Lionun açıqlamaları Bakıda haqlı suallar və narazılıq yaradıb

İsrailin Ermənistandakı səfiri Coel Lion ölkəsinin yaranmasının 77-ci ildönümü ilə bağlı İrəvanda təşkil edilmiş ziyafətdə suallar yaradan nitqi ilə fərqlənib. Səfir deyib ki, “ermənilər və yəhudilər hər ikisi qədim millətdir, tarixən təqib olunublar, sınaqlardan çıxmaq, sağ qalmaq, milli kimlik, milli ləyaqət və suverenlik uğrunda mübarizənin nə olduğunu hər ikisi bilir”. Səfir fikrində davam edərək qeyd edib ki, iki millətin arasında qarşılıqlı hörmətin əsasını məhz bu təşkil edir.

İsrail səfirinin İrəvanda söylədiyi bu fikirlər Azərbaycan cəmiyyətində haqlı suallar və narazılıq yaradıb.

Siyasi ekspert Aydın Quliyev İsrailin Ermənistandakı səfirinin bu fikirlərinin, xüsusən də ermənilərlə yəhudiləri eyniləşdirməsinin yanlış olduğunu deyib: “Dost ölkə səfirinin bu sözlərindən narahatlığımı açıq ifadə etməyə məcburam. Əvvəlcə deyim ki, Azərbaycan Prezidenti İlham Əliyev İsraillə dostluq və əməkdaşlıq prinsiplərinə hər cür şəraitlərdə sadiq qalır. Hansısa ölkə və ya hansısa regionla Azərbaycanın münasibətlərini inkişaf etdirmək, ya düzəltmək üçün heç vaxt İsrailin milli və dövlət maraqlarına nəinki zidd getmir, bu maraqlara zərrə qədər laqeydlik də göstərmir. Cəmiyyətimiz, rəsmi şəxslər, hər kəs İsrailə münasibətdə dövlətimizin bu strategiyasını tərəddüdsüz şəkildə nəzərə alır. Ancaq İsrail səfirinin ermənilərə xoş gəlmək xatirinə dediyi sözlər narahatlıq doğurur. Çünki həm tarixi həqiqətə uyğun deyil, həm də bugünkü Azərbaycan-İsrail dostluğunun ruhuna uyğun gəlmir. Ermənilər haradan yəhudilər qədər qədim millət olub? Ermənilərin təqib olunmasının tarixi haradan başlayır? Ümumən ermənilər nəyin üstündə təqib olunur? Ermənilərin təqibi ilə yəhudilərin təqibini hansı məntiqlə eyniləşdirmək olar? Başqa xalqların torpağına göz dikdikləri üçün əziyyət çəkən ermənilər hara, öz vətənlərinə qayıdış üçün vuruşaraq təqib olunan yəhudilər hara? Bu gün Ermənistanın və ermənilərin hansı suverenlik uğrunda mübarizə apardığını cənab səfir izah edə bilərmi? Səfir bunlara cavab versə yaxşı olar”.

A.Quliyev dedi ki, uyğunsuz müqayisələr erməni revanşizminə əlavə ruh mənbəyinə çevrilir: “Səfir daha bir uyğunsuz müqayisə aparıb. O, "Bizim xalqımız sürgün alovlarından və kütləvi qırğınlardan çıxaraq öz suverenliyini bərpa etdi, bu ağır vaxtlarda dünya üzrə bütün dostlarımızdan güc alırıq ki, Ermənistan da bu dostlarımızın sırasındadır" deyib. Ermənistanın Azərbaycanla hələ sülhə gəlmədiyi, Qarabağ ermənilərinin guya deportasiya edildiyi barədə nağıllar uydurduğu bir vaxtda səfirin bu cür açıqlaması erməni revanşizminə əlavə ruh verir. Ermənistanla münasibətlər İsrailin suveren haqqıdır. Ancaq bunu Azərbaycanın mənafelərinə toxunaraq etmək səfirə yaraşan yanaşma deyil”.

Bəzi siyasi təhlilçilər isə hesab edir ki, İsrail səfirinin İrəvanda söylədiyi həmin fikirlər Azərbaycanla İran arasında son vaxtlar başlayan yaxınlaşmaya reaksiyadır.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 May 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri