İsrail Səudiyyə Ərəbistanını razı sala bilmədi Husilərlə bağlı TƏKLİF
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrail Yəməndəki Husilərə qarşı münaqişəyə müdaxilə etmək istəyib.
Turkustan.az xəbər verir ki, lakin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İsraildən yardım almaqda maraqlı olmadığını bildirərək bu təklifi rədd edib. O, İsraillə mümkün ittifaqın ölkəsində mənfi ictimai reaksiyaya səbəb ola biləcəyini qeyd edib.
“Haaretz” qəzeti adı açıqlanmayan diplomatik mənbəyə istinadən İsrailin ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanını İsrailin husilərlə münaqişəyə müdaxilə etməsinə razı salmağa çalışdığını yazıb.
Proseslə tanış olan başqa bir mənbə isə qəzetə bildirib ki, təşəbbüsün məqsədi “Səudiyyə Ərəbistanı ilə qüvvələri birləşdirmək, münasibətləri yaxşılaşdırmaq və gələcəkdə normallaşma razılaşması üçün yol açmaq” olub.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 13 Oktyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















