İsrail Suriyanı bombaladı: HomsDəməşq magistral yolu bağlandı
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İsrail Hərbi Hava Qüvvələri Suriyanın Homs-Dəməşq magistral yolunda yerləşən humanitar yardımların toplanması məntəqəsinə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Məlumata görə, yerli hakimiyyət Dəməşq və Homs arasındakı ölkənin əsas magistral yolunu bağlayıb.
“İsrail təyyarələrinin livanlı qaçqınlar üçün nəzərdə tutulan humanitar yardım toplama məntəqəsini bombalamasından sonra Homs və Dəməşq arasındakı avtomobil yolu müvəqqəti bağlanıb”, – deyə agentlik vurğulayıb.
Qeyd edək ki, İsrail ordusu Livanın Hizbullah hərəkatına qarşı kampaniya çərçivəsində mütəmadi olaraq Suriyaya zərbələr endirir. Suriya paytaxtının cənub hissəsində yerləşən məhəllədə qonşu Livandan olan minlərlə qaçqın yaşayır.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 11 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















