Icma.az
close
up
RU
İsrail Suriyanın hava bazalarına irimiqyaslı zərbələr endirib

İsrail Suriyanın hava bazalarına irimiqyaslı zərbələr endirib

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələri son bir neçə gün ərzində Suriyada 250-dən çox hərbi obyektə hücum edib

İsrail Hərbi Hava Qüvvələri son bir neçə gün ərzində Suriyada 250-dən çox hərbi obyektə hücum edib. Bu barədə İsrail ordusunun “Qalei İDF” radiosu məlumat yayıb.

“Bu, İsrail Hərbi Hava Qüvvələri tarixindəki ən böyük hücum əməliyyatlarından biridir”, - deyə ölkənin müdafiə strukturlarındakı mənbə radiostansiyaya bildirib.

Onun sözlərinə görə, zərbələrin hədəfi Suriya Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı, onlarla zenit-raket kompleksi, silah istehsalı və anbar obyektləri, həmçinin yer-yer tipli raket anbarları olub.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Suriyada üç böyük aviabaza hücuma məruz qalıb: ölkənin şimalında Qamışlıda, Homsdakı bazalar və Dəməşqin Mezze hava limanı. Zərbələr nəticəsində onlarla döyüş təyyarəsi və helikopter məhv edilib.

İsrail qüvvələri Dəməşqin şimalındakı Bərzə bölgəsinə də hücum edib. Oraya  15 raket atılıb. Nəticədə elmi-tədqiqat institutlarının bir neçə binası dağıdılıb. Bundan əlavə, “Al Mayadeen”in məlumatına görə, Cemraya (Dəməşqin şimalında yerləşir) və Masyafda (Həma əyalətinin qərbində) elmi mərkəzlər bombardmana məruz qalıb. Zərbələrdən biri Suriya paytaxtının cənub-şərqindəki Aqraba bölgəsində Elektron Müharibəyə Nəzarət Mərkəzinə endirilib.

Bundan əvvəl İsrail Suriya ordusu Aralıq dənizi sahilində yerləşən Latakiyadakı mövqelərinə, həmçinin Dəra vilayətinin İzra şəhəri yaxınlığındakı silah anbarına hücum edib.

Xatırladaq ki, İsrail quru qüvvələri demilitarizasiya zonasını keçərək 1973-cü ildə Yom Kippur müharibəsindən və 1974-cü il atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Suriya ərazisinə daxil olub. İsrail hərbçiləri əraziyə nəzarət etmək üçün Hermon dağında, eləcə də bir sıra başqa yerlərdə strateji mövqelər tutublar. Bu, Bəşər Əsəd rejimini devirmiş silahlı müxalifətin Qolan təpələri yaxınlığındakı hərbi obyektlərə nəzarəti ələ keçirməsinin və daha sonra onlardan İsrailə qarşı istifadəsinin qarşısını almaq üçün edilib.

“Axios” yazır ki, İsrail bufer zonada nəzarət yaratmaq planları barədə Birləşmiş Ştatları xəbərdar edib və bunun sərhəddə təhlükəsizlik vəziyyəti sabitləşənə qədər bir neçə gündən bir neçə həftəyə qədər davam edəcək müvəqqəti tədbir olduğuna əmin edib. Qəzetin iki mənbəsinin bildirdiyinə görə, Təl-Əviv son günlər Suriya hökumət əleyhinə qüvvələrinə İsrail ordusunun sərhədə yaxınlaşacağı təqdirdə hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq göndərib.

Xatırladaq ki, dekabrın 8-də Suriyada üsyançılar paytaxt Dəməşqə nəzarəti ələ keçiriblər və Prezident Bəşər Əsəd Rusiyaya qaçıb. Bundan dərhal sonra İsrail Suriyadakı kimyəvi silah anbarlarının üsyançıların əlinə keçməsinin qarşısını almaq üçün onlara hücum edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri