Icma.az
close
up
RU
İsrail Suriyaya irəliləyir Türkiyə ordusu girəcək?

İsrail Suriyaya irəliləyir Türkiyə ordusu girəcək?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriyada Bəşər Əsədə müxalif “Təhrir əş-Şam” silahlıları cəmi 3 gün ərzində 56 yaşayış məntəqəsini ələ keçirərək, Hələbə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, SEPAH generalı, milislərə rəhbərlik edən Keyumərs Purhəşmi də bu gün öldürülüb, onlarla rejim əsgəri əsir düşüb. Bu isə Suriya rejiminə və rejimi dəstəkləyən İranın maraqlarına ciddi zərbədir.

Türkiyə mediası yazır ki, yerdə mövcudluğunu təmin edə bilməyən Əsəd rejimi müxalifətin nəzarətində olan nöqtələri fərq qoymadan havadan bombardman etməklə kifayətlənir. Bu məqamda Türkiyə hansı addımı atacaq?

Mövzunu Haber7-yə şərh verən Ədalət Strateji Araşdırmalar Mərkəzinin strateqi, istefada olan polkovnik İbrahim Keleş müxalifətin əsas prioritetinin çadırlarda yaşayan suriyalı mühacirlərin evlərinə qayıtmasını təmin etmək olduğunu bildirib.

O, İsraillə Livan arasında əldə olunan atəşkəsdən sonra Hələbin Tel-Rıfatla birlikdə PKK-nın nəzarətinə keçmə ehtimalının yüksək olduğunu xatırladıb:

“İsrail ilə PKK-YPG arasında inkişaf edən əlaqələr, PKK-çılara İsrail vətəndaşlığı təklifi kimi inkişaflar bizə bəzi işarələr verir. Bunların vasitəsilə İsrail Suriyanın şimalına doğru irəliləyir. Deyə bilərik ki, Livan bitdi, amma bu dəfə növbədə Suriyadır və indi müxtəlif mərhələlərdə İsrail Suriyaya sahib çıxmağa, onu ələ keçirməyə çalışacaq. O, bunu PKK vasitəsilə edəcək.

PKK bölgəni nəzarət altına alırsa, bu, İsrailin nəzarəti altına alması, İsrailin Suriyaya daxil olması deməkdir. Ona görə də o bölgədəki müxalifətin heç olmasa Hələb və onun yaxın ətrafını nəzarətə götürməsi və həmin torpaqları sahiblərinə verməsi lazımdır”.

Onun sözlərinə görə, müxalifət (“Təhrir əş-Şam” – red.) Hələbdə möhkəmlənərsə, Türkiyədəki suriyalılar bu şəhərə dönə bilər.

Ekspert bildirib ki, bölgədə qarşıdurmaların şiddətlənəcəyi təqdirdə Türkiyənin Tel-Rıfatda əməliyyat keçirməsi ehtimalı yüksəkdir:

“Ancaq bölgəyə təkbaşına girməyəcək, Azad Suriya Ordusu (Türkiyənin dəstəklədiyi silahlı müxalifət – red.) bölgədədir, Türkiyə yalnız ümumi təhlükəsizliyi təmin etmək üçün bölgədə ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Noyabr 2024 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri