Icma.az
close
up
RU
İsrail təyyarələri Türkiyə səmasından istifadə edirmi?

İsrail təyyarələri Türkiyə səmasından istifadə edirmi?

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qəzza böhranı ilə bağlı parlamentdə çıxışı zamanı Ankaranın hava məkanını İsrailin rəsmi və hərbi təyyarələri üçün bağladığını bildirib.
"Biz İsraillə ticarətimizi tamamilə kəsdik. Limanlarımızı İsrail gəmilərinin üzünə bağladıq və türk gəmilərinin İsrail limanlarına yanaşmasına icazə vermirik. Heç bir ölkə bizim kimi İsraillə ticarət əlaqələrini tamamilə kəsməyib", - deyə Fidan bildirib.
Reyting.az xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.
Britaniya nəşrinin təhlilində qeyd olunub:
“Biz İsrailə silah və sursat daşıyan konteyner gəmilərinin limanlarımıza daxil olmasını qadağan edirik və İsrail təyyarələrinin hava məkanımızdan istifadəsinə icazə vermirik”.
Fidanın İsrail təyyarələri üçün uçuşa qadağa siyasətini açıqlaması Ankarada çoxlarını təəccübləndirib. Bununla belə, adının çəkilməsini istəməyən türkiyəli rəsmilər “Middle East Eye” aydınlaşdırıblar ki, Türkiyə artıq 2023-cü ilin sonunda öz hava məkanını İsrailin rəsmi və hərbi uçuşları üçün bağlayıb.
Məsələ ilə tanış olan ayrı bir türk mənbəsi İsrailə uçan beynəlxalq kommersiya təyyarələrinin hələ də Türkiyə hava məkanından istifadə edə biləcəklərini deyib, o, İsrail və Türkiyə mətbuatında dərc olunan xəbərləri təkzib edib.
Mənbə uzun müddətdir ki, rəsmi, hərbi və özəl İsrail təyyarələrinin Türkiyə hava məkanına girişinə qadağa qoyulduğunu, lakin xarici kommersiya uçuşlarının bundan istifadəsinə mane olmaq üçün yeni addımların atılmadığını bildirib.
İkinci türk rəsmisi qeyd edib ki, Türkiyə rəsmiləri noyabr ayında İsrail prezidenti İsaak Hersoqun Azərbaycana uçuşunu əngəlləyib.
O bildirib: "Biz uzun müddətdir ki, İsrailin rəsmi uçuş tələblərini ardıcıl olaraq rədd edirik".
Fidan bu tədbirləri İsrailin Qəzzadakı hərəkətlərinə, Qüdsdəki Əl-Əqsa məscidindəki təxribatlarına və işğal altındakı İordan çayının qərb sahilində davam edən zorakılıqlara cavab olaraq əsaslandırıb.
Bu həftənin əvvəlində Fidan, həmçinin, İslam xalqlarını İsrailin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclaslarını və fəaliyyətlərini dayandırması üçün təkan verməyə çağırıb.
"Biz Fələstinin tamhüquqlu üzvlüyü üçün BMT-də təşəbbüs irəli sürərkən Fələstinin tanınması üçün sürəti saxlamaq və genişləndirmək üçün səylərimizi birləşdirməliyik. Bundan əlavə, İsrailin Baş Assambleyanın işindən kənarlaşdırılmasını da nəzərdən keçirməliyik", - o, Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının sammiti zamanı deyib.
Türkiyə bu yaxınlarda İsrailə məxsus və ona bağlı gəmilərə əlavə məhdudiyyətlər tətbiq edərək, onların Türkiyə limanlarına yanaşmasına qadağa qoyub.
Bu tədbirləri Ankara keçən ay İsrailə qarşı altı sanksiya elan etməsindən sonra, yəni Haaqa Qrupunun Boqotadakı Fələstin üzrə Fövqəladə Konfransda birgə bəyanatına uyğun olaraq həyata keçirib.
Türkiyə-İsrail münasibətləri keçən ildən Türkiyənin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsraili soyqırımda ittiham etdiyi iddiasına qoşulmasından sonra kəskin şəkildə pisləşib. O vaxtdan bəri Ankara İsrailin Qəzzada həyata keçirdiyi soyqırımına qarşı ittifaq qurmaq üçün beynəlxalq platformalardan getdikcə daha çox istifadə edir.
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri