Icma.az
close
up
RU
İsrail Türkiyə ilə bağlı arzusuna çatır Yaxın Şərqdə yeni konfiqurasiya

İsrail Türkiyə ilə bağlı arzusuna çatır Yaxın Şərqdə yeni konfiqurasiya

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Husilərə ağır zərbələr endirib, onların rəhbərliyini məhv edəcəyik, Tehranda, Qəzzada və Livanda Həniyə, Sinvar və Nəsrullaha etdiyimiz kimi, Hudeydə və Sənada da edəcəyik".

Bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

Katz bu açıqlamaları ilə ilk dəfə olaraq İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda iqamətgahına edilən hücumda həlak olan Haniyənin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Bəs bu, Yaxın Şərqdə gərginlik ocağını artıra və ya yenisi ilə əvəz edə bilərmi? Çünki Suriyada Əsəd rejiminin devrilib yeni hakimiyyətin gəlməsi ilə sabitliyə keçid dövrünün olacağı ehtimal edilir. Üstəlik, yeni iqtidar Türkiyəyə yaxınlığı ilə bilinir və burada Türkiyə-İsrail münasibəti açar rol oynaya bilər.

Türkiyənin "Yeni Akit" qəzetinin Ankara bürosunun xəbərlər departamentinin rəhbəri Muhammet Kutlu Oxu.Az-a açıqlamasında bildirib ki, İranın dəstəklədiyi husilər münaqişə başlayandan İsrailə çoxlu raket və pilotsuz uçuş aparatları atıblar:

"İsrail münaqişə ərzində Yəmənə üç hava hücumu həyata keçirib və raket hücumları dayandırılana qədər üsyançı qrupa təzyiqi artıracağına söz verib. İsrailin müdafiə naziri Katzın "Biz husilərin strateji infrastrukturunu vuracağıq və onların liderlərinin başını kəsəcəyik" açıqlaması bu rejimin ətrafına necə hücum etdiyini ortaya çıxarmaq üçün kifayətdir. Digər tərəfdən, onların Bəşər Əsədin devrilməsinə kömək etdikləri barədə açıqlamaları reallıqdan tamamilə uzaqdır və gələcəkdə Suriyanın yeni administrasiyası ilə qurmaq istədikləri münasibətlərin təməlini qoymaq üçün bir növ səy kimi görünür. Çünki Bəşər Əsəd ölkəni tərk etdikdən dərhal sonra rejimin kəşfiyyat təşkilatı olan "Muxabarat" qərargahının bombalanmasının bölgədəki hər kəs tərəfindən Əsəd rejiminin gizli müttəfiqlərinin olduğunu göstərən sənədləri məhv etmək məqsədi daşıdığı deyilirdi. İsrailin Qəzza və Livanda atəşkəsə yaxınlaşdığına dair açıqlamaları indiyə qədər yaşanan məyusluqları nəzərə alsaq, o qədər də inandırıcı görünmür. Ona görə də düşünürəm ki, biz gözləməliyik və nə baş verəcəyini görməliyik".

"Katzın bəyanatlarından hiss olunur ki, Ağ Evin yeni rəhbəri Donald Trampın yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl İsrail hökuməti sülh səylərini artırdığı təəssüratı yaratmağa çalışır. Çünki Tramp vəzifəyə gələndə Yaxın Şərqdə müharibə istəmədiyi mesajını verdi. İsrailin Yəməndə sui-qəsd hücumları təşkil etməsi mümkündür. Lakin HƏMAS və Hizbullah liderlərinə qarşı sui-qəsdlərin hər iki strukturun döyüş əzmində zərrə qədər də azalmasına səbəb olmadığını nəzərə alsaq, onların çox da effektli olmayacağını proqnozlaşdırmaq olar. İsrailə bölgədəki qırğınlarında tam dəstək verən ABŞ Prezidenti Co Baydenin 2025-ci maliyyə ili üçün 895 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyət Aktını (NDAA) imzaladığı da açıqlanıb. Qanuna baxanda, 2025-ci maliyyə ili üçün NDAA-da xidmətdə olan hərbçilərin maaşının artırılması, Asiya-Sakit Okean regionunda hərbi xərclərin artırılması və ABŞ-İsrail birgə hərbi təlimlərinin genişləndirilməsinə icazə verilməsi kimi müddəaların yer aldığı görünür. Bu, onu göstərir ki, ABŞ indi İsraili kənara qoyub, Çinlə Asiya-Sakit Okean regionunda mümkün müharibələr üçün diqqətini Uzaq Şərqə yönəldir. Bu, İsrailin əvvəlki kimi bölgədə güclənə bilməyəcəyinə dair ən mühüm ipucudur", - jurnalist əlavə edib.

Oxu.Az-a danışan politoloq Rəşad Bayramov isə hesab edir ki, İsrail uzun müddətdir ki, istər Suriya ərazisində, istər Qəzzada, istər Liviya ərazisində, istərsə də Qırmızı dənizdə İranın proksi qüvvələrinə qarşı aktiv şəkildə əməliyyatlar həyata keçirir:

"İndiki mərhələdə Suriya istiqamətində ayrı-ayrı bölgələrdə irəliləyişi də ilkin olaraq İranın proksi qüvvələrinə qarşı əməliyyat kimi təqdim olunurdu. Amma nəticə etibarilə Suriyada hakimiyyət dəyişikliyindən sonra Colan təpələri istiqamətində öz mövqelərini gücləndirmək və nəticə etibarilə bir bufer zona yaradaraq, bundan sonrakı mərhələdə Suriyanın yeni hakimiyyətində, daha doğrusu hakimiyyət bölgüsündə ayrı-ayrı ölkələrin maraqları nəzərə alındığı zaman İsrail də öz maraqlarının təmin olunmasını istəyir. Məlumdur ki, keçid hökuməti bütün ölkələr ilə normal münasibətin tərəfdarı olaraq çıxış edir və qarşısında olduqca böyük bir vəzifə dayanır: Suriyanın istər dini, istər etnik baxımdan müxtəlifliyi, ayrı-ayrı qruplaşmaların təmsilçilərinin bir araya gətirilməsi və vahid hökumət ətrafında birləşdirilməsi olduqca ağır prosesdir. Onu da nəzərə alaq ki, sadaladığım qruplaşmaların arxasında müxtəlif güclər dayanır. Təbii ki, Suriyanın yeni hökuməti ölkəni yeni dizayn edən zaman təkcə daxildə qüvvələri ortaq məxrəcə gətirmək yox, həm də onların arxasında dayanan güclərin də bu və digər şəkildə neytrallaşdırılmasını təmin etməlidir. Bu baxımdan, İsrailin də maksimum şəkildə Suriya ərazisində mövqelərini gücləndirməklə gələcəkdə masa arxasında oturmaq və öz maraqlarını təmin etmək üçün Suriyanın yeni hakimiyyətindən bu və ya digər imtiyazlar almaq niyyətindədir".

Ekspert hesab edir ki, artıq bununla bağlı istər Əhməd Əş-Şaara (Colani), istərsə də Türkiyə tərəfindən rəsmi olaraq İsrailə xəbərdarlıq edilib və onun əməliyyatları dayandırması ilə bağlı artıq bəyanatlar səsləndirilib:

"Ona görə də İsrailin daha da dərinə gedərək vəziyyəti gərginləşdirəcəyini düşünmürəm. Çünki bu, İsrailin özü üçün indiki mərhələdə yaxşı nəticələr vəd etmir. Nəzərə alaq ki, bu dəfə İsrail təkcə Suriya hakimiyyətinə qarşı deyil, eləcə də Suriyada rifahı, sülhü, qaçqınların geri qayıtmasını istəyən Türkiyəni də qarşısına almış olar. Xüsusən də nəzərə alaq ki, İsrail indiyə qədər bütün bölgələrdəki əməliyyatları məhz Amerika Birləşmiş Ştatlarına arxalanaraq həyata keçirib və Trampın da indiki mərhələdə bəyanatlarına biz baxanda görürük ki, ABŞ Suriyada baş verənlərə qarışmır. Bu isə o deməkdir ki, Trampın andiçmə mərasimindən sonra ABŞ-də İsrailə bu istiqamətdə fəaliyyəti dayandırmaqla bağlı mövqe ortaya qoyacaq. Belə olan halda da İsrailin təkbaşına Suriyanın yeni hakimiyyətinə və yaxud da Türkiyəyə qarşı dayanmaq imkanları yoxdur. Bu baxımdan, mən Suriyanın bütün cəhdlərinə baxmayaraq, münaqişəni yenidən qızışdırmaq kimi imkanlarının olmayacağı qənaətindəyəm".

"Türkiyə də maksimum şəkildə İsrailin neytrallaşdırılması üçün müvafiq addımlar atacaq. Təbii ki, söhbət diplomatik addımlardan gedir. Çünki indi yenidən münaqişə və silahlı qarşıdurma təkcə Suriya üçün yox, ümumiyyətlə, Yaxın Şərq ölkələri və qonşuları üçün sərfəli deyil", - ekspert fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Dekabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see159

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see157

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see155

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see149

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see148

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see140

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see137

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see132

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see126

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see126

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see122

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see122

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see122

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see120

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see119

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see119

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri