Icma.az
close
up
RU
Yaxın Şərqdə Türkiyə amili...

Yaxın Şərqdə Türkiyə amili...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq güc mərkəzləri  Ankaranın hərbi-siyasi qüdrəti ilə hesablaşmaq məcburiyyətindədir

Artıq Azərbaycanın can qardaşı Türkiyə Yaxın Şərqdə, o cümlədən Qara dəniz, Şərqi Aralıq dənizi və Cənubi Qafqazda, hətta şimal-şərqi Afrikada güc mərkəzinə çevrilib. Heç bir şəkildə inkar oluna bilməz ki, Türkiyə bu regionlarda söz sahibidir.

Hər zaman qlobal dünyanın qaynar nöqtəsi olan Yaxın Şərqdə baş verən son proseslər onu deməyə əsas verir ki, rəsmi Ankara bu regionda geniş geosiyasi, geostrateji və geoiqtisadi təsir imkanlarına malikdir və yaxın gələcəkdə bölgədə təsir rıçaqları daha da artacaq.

Yaxın Şərqdəki proseslərin nizamlanmasında Ərəb ölkələri - İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri, həmçinin İran və İsrail Türkiyənin mövqeyini nəzərə alacaqlar və Türkiyənin maraqlarına zidd olan addımlar atmaqdan çəkinəcəklər.

Beynəlxalq güc mərkəzləri - ABŞ, Böyük Britaniya, Rusiya və Çin istər-istəməz, Türkiyənin Yaxın Şərqdə diplomatik-siyasi və hərbi-siyasi qüdrəti ilə hesablaşmaq məcburiyyəti qarşısında qalıblar.

Qeyd etmək lazımdır ki, istər indiki, istərsə də gələcək zamanda Yaxın Şərqdə ABŞ-Türkiyə tərəfdaşlığı zəruridir. NATO-da yüksək hərbi qüdrətə və potensiala, müasir hərbi sənayeyə və texnikaya sahib olan, özünün və regionun təhlükəsizliyini təmin etmək iqtidarında olan Türkiyə ABŞ üçün çox önəmlidir. Demək olar ki, ABŞ-ın Yaxın Şərq strategiyasında Türkiyə prioritet ölkə hesab olunur. 

Bölgə ilə bağlı bəzi məsələlərdə ABŞ və Türkiyənin maraqlarının toqquşmasına baxmayaraq, Ankara və Vaşinqton zaman-zaman regionda bəzi problemlərin həll olunmasında birgə əməkdaşlıq ediblər.

Bu gün ABŞ-ın Türkiyəyə ehtiyacı var. Təkcə Körfəz ölkələri - Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri və İsraillə yox, həmçinin Türkiyə ilə də diplomatik-siyasi, hərbi-siyasi və hərbi-təhlükəsizlik fonunda sıx əməkdaşlıq  ABŞ-ın Yaxın Şərqdə öz geostrateji və geosiyasi mövqeyini qoruması üçün xüsusi əhəmiyyət kəsb edir.

ABŞ bundan sonra da Türkiyə ilə birgə əməkdaşlıq çərçivəsində Yaxın Şərqdə terror təşkilatlarına qarşı uğurlu mübarizə, regionda istənilən təhlükənin qarşısını ala bilər. Yaxın Şərqin bəzi bölgələrində, xüsusilə Suriya və İraqda təhlükəsizliyin və sabitliyin bərqərar olunmasına yönələn strategiyanın müəyyən olunmasında ABŞ-Türkiyə tərəfdaşlığı mühüm rol oynaya bilər. Sözsüz ki, bu strategiyada İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və BƏƏ öz sözünü deyəcək.

Yaxın Şərqdə ABŞ-Türkiyə tərəfdaşlığı mümkündür, amma təəssüf ki, bu tərəfdaşlığa əngəl olan problemlər mövcuddur. Bu problemləri diqqətdən qaçırmaq olmaz. Bu problemlərin hansı səbəblərdən irəli gəldiyini nəzərə aldıqda elə bu əngəllərin ABŞ-ın özü  yaratdığını anlaya bilərik.

Ən başlıca əngəl, bildiyimiz kimi, ABŞ-ın Suriyada YPG terror təşkilatına dəstək verməsidir. ABŞ daxil olmaqla bəzi ölkələr - Fransa, İran və Rusiya zaman-zaman YPG/PKK-dan istifadə etməklə Yaxın Şərqdə öz geosiyasi və geostrateji maraqlarını həyata keçirib, regionda münaqişələrə yol açıb və Türkiyənin təhlükəsizliyinə təhdid  yaratmağa cəhd ediblər. Sözügedən güc mərkəzlərinin Türkiyənin Suriyada geostrateji qələbəsinə münasibəti onu göstərir ki, onlar bölgədə qeyri-sabitliyin davam etməsində maraqlıdırlar.

Buna görə də yaxın gələcəkdə də YPG-dən “siyasi maşa” kimi istifadə ediləcəyi istisna deyil. Ən diqqətçəkən məqam budur ki, Suriyada vətəndaş müharibəsi zamanı YPG-yə ən çox maliyyə dəstəyi göstərən və qruplaşmanı silah-sursatla təmin edən ölkə məhz Amerika Birləşmiş Ştatları olub. Vaşinqton Suriyada öz geosiyasi maraqlarının təminatında YPG-ni münasib amil kimi görüb. Hətta Vaşinqton YPG vasitəsilə İŞİD-ə qarşı “mübarizə” adı altında həm Suriyanın şimal-şərq  ərazilərinə nəzarət, həm də bölgədəki neft resurslarını istismar etməyə çalışıb.

Bu gün ABŞ və Türkiyə arasında Suriya ilə bağlı danışıqlarda YPG ən önəmli mövzu hesab olunur. Ola bilsin ki, yanvarın 20-də ABŞ-ın prezidenti olmağa hazırlaşan Donald Tramp YPG məsələsində Türkiyəyə güzəştə getsin. Amma bu, hələ sual altındadır. Çünki Trampın komandasında Suriya və İraqda kürd separatçılarına dəstək verməkdə maraqlı olan şəxslər var.

Digər narahatedici məqam ABŞ-ın hələ də Suriyada yeni hökumətini legitim hakimiyyət kimi tanımamasıdır. Gələcək prezident Donald Trampın Suriyanın yeni hökumətini tanıyıb-tanımayacağı da sual altındadır.

Eyni zamanda ABŞ Yaxın Şərqdə yalnız öz hegemon siyasətini güdür və heç bir güc mərkəzinin bu regionda maraqlarını nəzərə almaq istəmir. Təəssüf ki, Türkiyənin Yaxın Şərqdə söz sahibi olması Vaşinqtonun o qədər də marağında deyil. Bayden administrasiyasının Türkiyənin Suriyada son uğurlarına xoş münasibət sərgiləməməsi bunu deməyə əsas verir.

Bütün bunlarla yanaşı, əgər ABŞ  Türkiyəyə düşmən kəsilən güc mərkəzlərin regiona müdaxiləsinə imkan verərsə, bu, Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir etməklə yanaşı, regionda növbəti ciddi təhlükələr yaradacaq.

Ümidvarıq ki, Tramp administrasiyası Bayden administrasiyasının səhvlərini təkrarlamayacaq və Türkiyə ilə münasibətlərdə düzgün və rasional siyasət yürüdəcək, Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturasının müəyyən olunmasında Ankaranın mövqeyini nəzərə alacaq.

YPG terror təşkilatına dəstəkdən əl çəkmək, Suriyada qurulan yeni hökuməti legitim hakimiyyət kimi tanımaq və sülhdə maraqlı olmayan və məkrli niyyətlər güdən güc mərkəzlərin regiona müdaxiləsinə imkan verməmək Yaxın Şərqdə ABŞ-Türkiyə tərəfdaşlığına yol aça bilər. Vaşinqton, hətta Yaxın Şərqdə Türkiyə ilə İsrail arasında  təmasların qurulmasında vasitəçilik edə bilər. Hər halda həm Türkiyə, həm də İsrail ABŞ-ın müttəfiqidir və Yaxın Şərq strategiyasını yalnız bu iki ölkə ilə koordinasiya edə bilər.

Tramp administrasiyası yalnız bu halda Yaxın Şərq siyasətində nailiyyətlər əldə edəcək.

Yunis Abdullayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mənə demədin ki, iynə vururam?” Tolik müğənnini İFŞA ETDİ FOTO

29 May 2026 11:31see227

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see205

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

29 May 2026 01:24see195

Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcək FOTO

28 May 2026 23:58see188

Qızımın səsi var, amma o siyasəti seçdi

29 May 2026 00:36see183

Aerobika və akrobatika gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulur FOTO

30 May 2026 13:39see183

Tramp: İranla bağlanan müqavilə Hörmüz boğazının minalardan təmizlənməsini də əhatə edir

30 May 2026 02:35see176

Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ

29 May 2026 04:05see175

Rusiya millisi Misirə uduzdu

29 May 2026 00:51see173

İmişli dən futbol veteranlarına örnək addım FOTOLAR

28 May 2026 23:33see170

Yaşlı insanlarda yaranan spesifik qoxunun səbəbi açıqlandı: Qarşısını almaq mümkündür

30 May 2026 04:03see166

Rahim Sterlinq həbs edilib The Sun

30 May 2026 06:14see166

İspaniya nəhəngi Arsenal ın ulduzuna elçi düşdü

29 May 2026 20:53see165

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

30 May 2026 04:46see162

Türkiyəli ulduz üçün 55 milyon ödəyəcəklər?

30 May 2026 01:31see160

Pentaqon Ağ Evdə UFC tədbiri üçün hərbçiləri cəlb edir

30 May 2026 05:10see158

Bakıda avtoşluq edən şəxs saxlanılıb

30 May 2026 03:05see149

Kiyevdə ardıcıl partlayışlar oldu KONKRET

29 May 2026 23:00see149

Şok görüntülər: Azərbaycanda timsah var imiş Video

30 May 2026 01:18see146

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

30 May 2026 07:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri