Icma.az
close
up
RU
İsrail UEFA dan çıxarılır?

İsrail UEFA dan çıxarılır?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Avropa futbolunun ali qurumu olan UEFA Birləşmiş Millətlər Təşkilatının (BMT) Araşdırma Komissiyasının İsrailin Qəzzada soyqırım törətdiyini açıqlamasından sonra gələn həftə təcili iclas keçirməyi planlaşdırır. 

"Cebheinfo.az" xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərlərə görə, UEFA-nın bu iclasda İsrailin üzvlüyünün dayandırılıb-dayandırılmayacağına dair qərar verməsi gözlənilir. Bildirilir ki, İcraiyyə Komitəsinin üzvlərinin böyük hissəsi uzaqlaşdırma cəzasının tərəfdarıdır və bir çox ölkə federasiyaları da bu qərarı dəstəkləyir. 

Əgər iclasdan uzaqlaşdırma qərarı çıxarsa, 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsini UEFA təşkil etdiyi üçün İsrail gələn il Dünya Kubokuna qatıla bilməyəcək. UEFA-nın İsrailin üzvlüyünü dayandırması FIFA üzərində təzyiqləri artıracağı gözlənilir. 

UEFA avqust ayında İtaliyanın Udine şəhərində Paris Saint-Germain və Tottenham Hotspur arasında keçirilən Super Kubok finalında “Uşaqları öldürməyi dayandırın, mülki şəxsləri öldürməyi dayandırın” yazılı pankart hazırlamışdı. 

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Ofisi bu həftə FIFA və UEFA-ya müraciət edərək “İsrailin beynəlxalq futboldan uzaqlaşdırılması, işğal altındakı Fələstin torpaqlarında davam edən soyqırıma cavab olaraq zəruri bir addımdır” çağırışı etmişdi. BMT ekspertlərinin hesabatında qeyd olunub: 

“İdman hər şeyin normal göründüyü təəssüratını rədd etməlidir. İdman qurumları platformalarının ədalətsizlikləri normallaşdırmaq üçün istifadə olunmasına göz yummamalıdır. Böyük insan haqları pozuntuları törədən dövlətləri təmsil edən milli komandalar keçmişdə olduğu kimi dayandırıla bilər və dayandırılmalıdır”. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri