İsrail ÜST əməkdaşlarını həbs etdi
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail əsgərləri ÜST-nin iki əməkdaşını Qəzzadakı evlərində həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) özünün X sosial media platformasında açıqlayıb.
Bildirilib ki, İsrail ÜST-nin anklavdakı əməliyyat varlığını pozub.
Təşkilatın bəyanatında deyilir ki, İsrail əsgərləri aktiv döyüşlər zamanı bölgəyə girərək qadın və uşaqları Əl-Məvasiyə təxliyə etməyə məcbur ediblər. Kişi işçilər və ailələri qandallı halda təxliyə edilib, lüt soyundurulub, yerində sorğu-sual edilib və silah gücünə axtarış aparılıb. ÜST-nin iki əməkdaşı və iki ailə üzvü həbs edilib, onlardan üçü daha sonra sərbəst buraxılıb, lakin bir əməkdaş hələ də həbsdədir.
Ağarza Elçinoğlu


