Icma.az
close
up
RU
İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir Gideon Saar

İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir Gideon Saar

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan ilə İsrail arasında sıx strateji dostluq münasibətləri mövcuddur. Bu münasibətlər iqtisadi sahəni də əhatə edir ki, bunun da hər iki ölkəyə faydası var. Üç il əvvəl - Azərbaycan İsraildə səfirliyini açdıqdan bəri iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edib.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən İsrail-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ildə mülki ticarət təxminən 50 faiz artaraq 360 milyon dollardan çox təşkil edib.

“Əminəm ki, gələn il və ondan sonrakı il ərzində bu rəqəmlər daha da böyüyəcək. Azərbaycan mühüm regional və aparıcı coğrafi mövqeyə malikdir. Bu, ölkənizin İsrail biznesi üçün bütün regiona, o cümlədən Mərkəzi Asiya regionuna çıxış qapısına çevirir. Bakı ilə Təl-Əviv, eləcə də Roma arasında həftədə 20 birbaşa uçuş həyata keçirilir. Son iki ildə birbaşa uçuşlarını davam etdirdiyinə görə Azərbaycanın milli aviaşirkəti olan AZAL-ı təqdir etmək istəyirəm. Bu, ölkələrimiz arasında mövcud olan qarşılıqlı etimadı və sizin qətiyyətinizi əks etdirir. Biz bunu yüksək qiymətləndiririk", - deyə nazir qeyd edib.

Gideon Saar əlavə edib ki, 2025-ci ildə 60 min israilli turist Azərbaycanı ziyarət edib ki, bu da böyük bir irəliləyişdir: “Ancaq mən əminəm ki, gələn il və ondan sonrakı ildə bu rəqəmlər daha yaxşı olacaq. İnanıram ki, bu rəqəmi kəskin şəkildə artıra bilərik. Daha çox israilli yəhudiləri, israilliləri gözəl və təhlükəsiz ölkə olan Azərbaycana ziyarət etməyə dəvət edirəm. Həmçinin daha çox azərbaycanlıları İsrailə ziyarət etməyə dəvət edirəm. Sizi ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.

Forumla iqtisadi dialoqu davam etdirdiklərini deyən israilli nazir SOCAR-ı “Tamar” qaz yatağına investisiya yatırdığına görə təqdir etdiyin sözlərinə əlavə edib.

“İnanıram ki, bu, Azərbaycanın xarici və iqtisadi siyasətində ağıllı yanaşmasını əks etdirir. Bu, həmçinin strateji tərəfdaşlıqda qarşılıqlı etimad və iqtisadi faydanı nümayiş etdirir. Güclü iqtisadi münasibətlərimiz xalqlarımız və hökumətlərimiz arasında mövcud olan yaxın əlaqələri əks etdirir və xalqlar arasında əlaqələr mövcud olduqda münasibətlər həqiqətən də güclənir. Amma mən inanıram ki, bu iqtisadi münasibətlər daha da böyük potensiala malikdir və biz bunu reallaşdırmaq niyyətindəyik. Məhz buna görə də bu gün İsrailin ən böyük biznes və iqtisadi liderlərindən, iqtisadi təşkilatlardan və şirkətlərdən ibarət nümayəndə heyəti ilə ölkənizə gəlmişəm. Bu nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini su, enerji, səhiyyə, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrini təmsil edirlər. Biz bu strateji tərəfdaşlığı növbəti səviyyəyə qaldırmaq istəyirik. Qarşılıqlı investisiyalarımızı və xalqlararası münasibətlərimizi inkişaf etdirmək əzmindəyik”, - deyə Gideon Saar qeyd edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Yanvar 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri