Icma.az
close
up
RU
Nazir Gideon Saar: İsrail Azərbaycan müttəfiqliyi məhz çətin zamanlarda da sınaqdan çıxıb EKSKLÜZİV MÜSAHİBƏ

Nazir Gideon Saar: İsrail Azərbaycan müttəfiqliyi məhz çətin zamanlarda da sınaqdan çıxıb EKSKLÜZİV MÜSAHİBƏ

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail Dövlətinin xarici işləri naziri Gideon Saar APA-ya eksklüziv müsahibə verib. O, Azərbaycana səfərinin məqsədi, Azərbaycan-İsrail münasibətləri, Yaxın Şərqdə baş verənlər, o cümlədən Qəzzadan danışıb.

Səfərimin məqsədi münasibətləri daha da möhkəmləndirməkdir

- Cənab nazir, Sizi Bakıda salamlamaqdan şadam. Müsahibəyə Azərbaycana səfərinizin məqsədi barədə sualla başlamaq istərdim. Səfərinizin əsas məqsədi nədir və İsrailin Azərbaycanla hansı konkret sahələrdə əməkdaşlığı gücləndirməli olduğunu düşünürsünüz?

- Səfərin məqsədi münasibətləri daha da möhkəmləndirməkdir. Deyə bilərəm ki, artıq bu gün Azərbaycanla İsrail arasında münasibətlər çox güclüdür və biz ticarət, turizm və enerji sahəsindən müdafiəyə qədər müxtəlif sahələrdə əməkdaşlıq baxımından çox müsbət dinamikanın şahidi oluruq. Bu münasibətlər iki ölkə çətinliklərlə üzləşdiyi zaman sınaqdan çıxıb. Azərbaycan da, biz də müharibələrlə üzləşdik və ümumilikdə deyə bilərəm ki, bu, hər iki ölkə üçün etibarlı strateji müttəfiqlikdir. Bu müttəfiqlik yalnız asan dövrlərdə deyil, məhz çətin zamanlarda da sınaqdan çıxıb.

Beləliklə, bu səfərin məqsədi münasibətləri möhkəmləndirməkdir. Biz süni intellekt sahəsində əməkdaşlıq da daxil olmaqla, çox geniş mövzular ətrafında müzakirələr apardıq. Mən bura iri biznes nümayəndələrindən ibarət 40-dan çox şəxslə — hökumətimizin iqtisadi qurumlarını təmsil edən iqtisadi nümayəndə heyəti ilə gəlmişəm. Bununla yanaşı, infrastruktur, kənd təsərrüfatı, səhiyyə, kibertəhlükəsizlik və təhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri də heyətdə yer alır, heyət demək olar istənilən sahəni əhatə edir. Bildiyimə görə, bu gün burada biznes sektorunun görüşləri baxımından da olduqca məhsuldar keçib.

Və təbii ki, bu cür səfərlər həmişə çağırışları, ikitərəfli münasibətləri və beynəlxalq arenadakı problemləri müzakirə etmək üçün bir fürsətdir. Mən bunu Prezidentlə və xarici işlər naziri ilə müzakirə etdim, eyni zamanda, iqtisadiyyat naziri ilə də görüşdüm və az əvvəl parlamentdə oldum. Beləliklə, cəmi bir günlük qısa səfər olmasına baxmayaraq, hesab edirəm ki, səfər olduqca intensiv, çox səmərəli keçdi və mən bundan kifayət qədər məmnunam.

Bizim Türkiyə ilə münasibətləri artıq olduğundan daha da pisləşdirmək kimi bir marağımız yoxdur

- İsrail son vaxtlar Suriya və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün diplomatik danışıqlar aparır. Azərbaycan bu istiqamətdə vasitəçilik təşəbbüsü irəli sürüb. Sizcə, hazırda bu normallaşma danışıqları prosesi hansı mərhələdədir və bu mövzuda Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Əvvəla, Suriya ilə bağlı vəziyyət fərqlidir, çünki bu, tarixən bizə düşmən olmuş bir dövlətdir.

Türkiyə ilə isə keçmişdə çox yaxşı münasibətlərimiz olub, lakin son onilliklər ərzində bu münasibətlərin pisləşdiyini gördük. Beləliklə, Türkiyə ilə normallaşmaya ehtiyac var deyə bir məsələ yoxdur, çünki bizim Türkiyə ilə münasibətlərimiz mövcuddur. Onilliklərdir Türkiyə ilə diplomatik əlaqələrimiz var. Amma təəssüf ki, Ərdoğan dövründə bu münasibətlər pisləşib. Bu, onun seçimi idi. Bunun səbəbləri barədə hər kəs fərziyyələr irəli sürə bilər, lakin mən bu müsahibədə səbəblər barədə spekulyasiya etməyəcəyəm, bu, sadəcə faktdır. Bizim Türkiyə ilə münasibətləri artıq olduğundan daha da pisləşdirmək kimi bir marağımız yoxdur.

Təxminən bir ay əvvəl hər iki tərəfdən yüksək səviyyəli rəsmilərin görüşü keçirildi. Deyə bilərəm ki, bu cür vəziyyətlərdə faydalı olacaq bir mexanizm yaradılsın. Azərbaycanla bağlı olaraq, əvvəlki dövrdə, həmkarım, Azərbaycanın xarici işlər naziri bizdən onlara bəzi mesajları çatdırmışdı, amma son vaxtlar bu itdi. Ümid edirəm ki, Türkiyə ilə münasibətlərimizdə fərqli, daha yaxşı bir gələcəyə çatacağıq, amma bu tamamilə türklərdən asılıdır.

Suriya ilə bağlı isə onu deyə bilərəm ki, yaxın gələcəkdə normallaşma görmürəm. Bu gün üzləşdiyimiz, hazırda danışıqlar apardığımız məsələlər, deyə bilərəm, əsasən Suriyanın cənub hissəsində mövcud status-kvonu təhlükəsizlik baxımından razılaşdırmaqla bağlıdır. Bu, bizim üçün vacibdir. Məncə, bu, onlar üçün də vacibdir, amma deyə bilərəm ki, bu, məhdud bir razılaşmadır. Bu, sülh və ya normallaşma müqaviləsi deyil. Bəlkə gələcəkdə bundan daha çoxunu əldə edə bilərik və ümid edirəm ki, buna gələcəkdə gərginliklərin qarşısını almaqla nail olacağıq.

İsrail əvvəllər böyük güzəştlər edib, o cümlədən ərazi güzəştləri

- Cənab nazir, Yaxın Şərq ətrafındakı vəziyyət mürəkkəb və çoxşaxəlidir. Beynəlxalq ictimaiyyətdən iki dövlətli həll variantına dəstək və çağırışlar mövcuddur. İsrail bu istiqamətdə güzəştlərə hazırdır?

- İsrail əvvəllər böyük güzəştlər edib, o cümlədən ərazi güzəştləri. 1990-cı illərdə Oslo Sazişləri kontekstində İsrail Fələstin Muxtariyyətini yaratdı və ona ərazi verdi. On il sonra, 2005-ci ildə İsrail tamamilə Qəzza Zolağından çıxaraq bütün yaşayış məntəqələrini və oradakı hərbi mövcudluğunu ləğv etdi. Biz böyük addımlar atmışıq. Anlamalısınız ki, fələstinlilər bu ərazilərin bir santimetrini belə fəth etməyiblər. Bütün ərazilər İsrail tərəfindən verilib, ya ikitərəfli, ya da birtərəfli kontekstdə.

Amma məsələ ondadır ki, bizim təcrübəmiz, sizin də şahidi olduğunuz kimi, İsrail xalqına göstərdi ki, biz yalnız sülhə yaxınlaşmamışıq, əksinə təhlükəsizlik vəziyyətimiz pisləşib. Buna görə də, bu gün insanlar fələstinlilərə daha çox güzəşt təklif edərkən daha ehtiyatlıdırlar, çünki bu, sülh gətirməyəcək. Bu gün lazım olan Fələstin cəmiyyətində dərin dəyişiklikdir, lazım olan budur ki, Fələstin cəmiyyəti özünü üç mənfi yanaşmadan ayırmalırı. Birincisi, terrorçulara və onların ailələrinə ödənişlər, hansı ki, Fələstin Muxtariyyəti hələ də bunu edir. Bu yolla onlar terrorçuları təşviq edir və Fələstin cəmiyyətində terror zehniyyətini qoruyurlar. Vurğulayıram ki, indi HAMAS-dan yox, Fələstin Muxtariyyətindən danışıram. İkincisi, təhrik məsələsində böyük bir dəyişiklik etməkdir. Tədris proqramlarında, təhsil sistemində, Fələstin mediasında İsrailə qarşı təhriki dayandırmaq lazımdır, çünki bu artıq yeni nəslin zehnini zəhərləyir. Sülh yalnız bir kağız parçası deyil. Sülh insanların arasında olur. İnsanlar sizə nifrət edirsə, siz sülh qura bilməzsiniz. Bu, ikinci vacib məsələdir. Üçüncüsü isə İsrail Dövləti əleyhinə, qanunsuz müharibəni dayandırmaqdır — həm beynəlxalq forumlarda, həm də “beynəlxalq” adlandırılan məhkəmələrdə. Əgər onlar bu üç şeyi yerinə yetirsələr, məncə, İsrail xalqı sülh prosesində etibarlı tərəfdaşımız olduğunu düşünəcək. Hazırda isə belə bir hiss yoxdur və buna görə də daha çox güzəşt təklif etməyə əsas yoxdur. Çünki kimsə açıq şəkildə “səni məhv etmək istəyirəm” deyəndə, səni yemək istəyən timsahı bəsləməzsən.

İran hökuməti öz xalqından minlərlə insanı öldürürdü, bunun İsrail və ya ABŞ-la nə əlaqəsi var?

- Mən İranda son baş verənlər barədə soruşmaq istərdim. İran hakimiyyəti İsraili bu etirazlarda günahlandırır, ölkənizin etirazçılara silah verdiyini iddia edir. Siz bununla bağlı nə deyə bilərsiniz? İsrail və ABŞ hazırda İranda strateji baxımdan nəyi hədəfləyir?

- Bilirsiniz, bu iddia gülüncdür. İran İsraildən 1 500 kilometr məsafədədir. Milyonlarla insan küçələrə çıxdı. İran hökuməti öz xalqından minlərlə insanı öldürürdü. Bunun İsrail və ya ABŞ-la nə əlaqəsi var? Onlar xalqın ehtiyaclarını ödəyə bilmədilər.

Onlar xalqın azadlıq və rifah arzularını amansızcasına boğur və başqalarını günahlandırırlar. Bu, diktatorluqlar üçün çox tipik bir üsuldur. Və bu, amansız bir diktatorluqdur. Beləliklə, açıq danışsaq, bizim baxışımızdan islam inqilabına və 70-ci illərin sonuna qədər İranla əla münasibətlərimiz olub. Onlarla əməkdaşlıq edirdik və onlarla çox yaxşı münasibətlərimiz var idi. Bizim İran xalqı ilə də yaxşı münasibətimiz mövcuddur. Biz İran xalqının düşməni və ya rəqibi deyilik. Biz İran xalqının sülh istəyinin tərəfdarıyıq. Bizim yalnız rejimlə problemimiz var. Niyə? Birincisi, çünki onlar təkcə açıq və rəsmi şəkildə “İsraili məhv etmək istəyirik” demirlər, həm də buna nail olmaq üçün hərəkət edirlər.

Və onlar ətrafımızdakı bütün terror təşkilatlarını maliyyələşdirirlər, məsələn, HAMAS, Hizbullah, husilər. Beləliklə, onlar İsrailə qarşı uzun məsafədən davamlı olaraq müharibə aparan tərəflərdir. İkincisi, onlar nüvə silahına sahib olmaq istəyirlər və bu, bütün bölgə üçün təhlükə yaradacaq. Bu yalnız İsraili təhlükəyə atmayacaq, çünki bu amansız rejim əgər nüvə çətiri əldə etsə, qonşu ölkələri hədələmək üçün nə edə biləcəklərini təsəvvür etmək olar. Buna görə də, ən ekstremist rejimin ən təhlükəli silah — yəni nüvə silahına sahib olması qadağandır. Üçüncüsü, onlar böyük ballistik raket proqramı yaratmaq üçün çalışıblar və hələ də çalışırlar.

Necə bilirik ki, bu proqram İsrailə qarşıdır? Çünki onu İsrailə qarşı istifadə ediblər. Onlar artıq bu müharibə ərzində, 2024 və 2025-ci illərdə üç dəfə istifadə ediblər. Bunu biz onların nüvə obyektlərini və raket proqramını vurmazdan əvvəl də ediblər. 2024-cü ildə - apreldə və oktyabrda bunu ediblər. Və kiçik bir ölkə olan İsraildən danışsaq, onların inanılmaz sayda dəqiq raket əldə etmək arzusu İsrail dövlətini təhlükəyə atır və onlar bu niyyətlərini gizlətmirlər. Beləliklə, bizim baxışımıza görə, əgər onlar bu üç şeyi etməsəydilər, terrorizmi dəstəkləməkdən əl çəksəydilər, nüvə silahını irəli sürməsəydilər və ballistik raketləri inkişaf etdirməsəydilər bizim heç bir problemimiz olmazdı.

Amma problem ondadır ki, onlar heç vaxt buna razılıq verməyiblər. Hətta 2025-ci ilin iyununda müharibə baş verməzdən əvvəl ABŞ-la əlaqə qurduqları zaman da, sadəcə oyun oynadılar. Onlar əslində ciddi öhdəlik götürmədilər. Beləliklə, bizim üçün çox vacibdir ki, bu təhlükəli rejimi təhlükəli silahlardan uzaq saxlayaq və onun İsraillə müharibədə olan terrorçu dövlətləri və terrorçu qrupları dəstəkləmə qabiliyyətini azaldacaq addımlar ataq.

- Cənab nazir, müsahibə üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkürümü bildirirəm, çox sağ olun.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Yanvar 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri