Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

İsrail və Hizbullah arasında gərginlik artır: proses nə vəd edir?

İsrail və Hizbullah arasında gərginlik artır: proses nə vəd edir?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

ABŞ-İran müharibəsi ilə bağlı İslamabadda danışıqlar keçirilən zaman İsrail Hizbullahın hədəflərinə yenidən zərbələr endirməyə başlayıb və artıq gərginlik pik həddə çatıb.

Bildirilir ki, İsrail ordusu Livanın cənubunda müxtəlif ərazilərdə Hizbullahın 150 hədəfinə zərbələr endirilib.

Bundan sonra proseslər necə inkişaf edə bilər? əməliyyatlar genişlənə bilərmi?

“Xalq Cəbhəsi” məsələni millət vəkilləri, siyasi ekspertlər ilə müzakirə edib.

Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hücumu və başlatdığı müharibə 2 həftəlik atəşkəs ilə müvəqqəti dayandırıldı və qərar verildi Pakistanın vasitəçiliyi ilə İslamabadda ABŞ-İran arasında danışıqlar keçirilsin və bu zaman gözlənilmədən İsrail tərəfi Livana hücumlar təşkil etdi, Hizbullahın mövqelərinə zərbələr endirdi: “Ancaq burada maraqlı bir cəhət ondan ibarətdir ki, İsrail əvvəllər Hizbullaha və onun hədəflərinə hücum edərkən əvvəlcədən təxliyyə planı təklif edirdi və insanlara oradan çıxmağı öncədən bəyan edirdi. Bu dəfə isə heç bir fərq qoymadan İslamabadda danışıqlar başlayan gün Beyrut şəhərini bombalamağa başladı. Bu, yüzlərlə mülki vətəndaşın ölümünə və böyük dağıntılara səbəb oldu. Hətta İsrailin ən yaxın müttəfiqləri olan Avropa İttifaqı ölkələri, İspaniya, Almaniya kimi İsrailə yaxın olan ölkə, Kansler Fridrix Merts İsrailin bu hərəkətlərini pislədi. Hətta iş o yerə çatdı ki, İslamabadda keçirilən danışıqlara qarşı bu, böyük bir təxribat planı kimi qəbul edildi və İslamabaddakı danışıqların ABŞ-İran arasındakı danışıqlara zərbə vurmaq cəhdi kimi qiymətləndirilirdi”.

“İsrail müharibənin dayanmasına imkan vermək istəmir”

Deputatın bildirdiyinə görə, İsrailin bu hücumunun bir məqsədi var: müharibənin dayanmasına imkan vermək istəmir: “Çünki baş nazir Netanyahu çox gözəl anlayır ki, müharibə dayanan kimi onun İsraildə cinayət işi var, ona qarşı məhkəmə işi bərpa ediləcək və onun həbs edilməsi məsələsi gündəmdədir. Ona görə müharibə daim davam etməlidir ki, İsrail cəmiyyətinin fikri məhz müharibəyə yönəlsin, İsrail daxili məsələlərinə yönəlməsin. Hətta İsrail daim özünə yeni düşmən axtarışındadır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan da öz müsahibəsində qeyd etdi. O bildirdi ki, İsrail daim yeni bir düşmən axtarışındadır və onlar artıq İrandan sonra Türkiyəni yeni bir düşmən kimi hədəf alırlar. Bunlar hamısı göstərir ki, həqiqətən də Yaxın Şərqdə İsrailin niyyəti regional xaosun davam etməsi, böyük müharibə və ABŞ-nin daim bu müharibəyə məcbur edilməsidir. Yəni İsrail ABŞ-nin əli Yaxın Şərqdə xaos yaratmaq və müharibələri davam etdirmək planından əl çəkmir”.

“Livanda müharibə daha uzun müddət davam edə bilməz”

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu qeyd edib ki, İsrail İranla paralel olaraq Livana hücum edib, təxminən bir aydan çoxdur davamlı olaraq Livanın cənub ərazilərini, o cümlədən, Beyrutun Hizbullahın nəzarət etdiyi cənub rayonlarını bombalayır: “Bir gündə daha çox hədəf də vurduğunu elan edib. Xüsusilə də İranla atəşkəsdən sonra Livana hücumlar artıb, çünki Avropa ölkələri, İran və ərəb ölkələri atəşkəsin Livana da tətbiq olunmasını istəyir: “Buna görə də Netanyahu hökuməti Livana daha çox zərbə vurmaq və daha çox ərazi işğal etmək üçün hücumları intensivləşib. Lakin hələlik Hizbullahın müqavimətini qıra bilməyib, hava üstünlüyü İsraildə olsa da quruda Hizbullah ciddi müqavimət göstərir. Ehtimal ki, yaxın günlərdə Livanda atəşkəs rejimi təmin olunsun. Ona görə də İsrail daha çox bombardman etməyə çalışır. Amma daha uzun müddət Livanda müharibə davam edə bilməz”.

“Əməliyyatlar intensivləşir”

Siyasi ekspert Alim Nəsirov bildirib ki, İsrail tərəfindən Hizbullahın 150 hədəfinin qısa zaman kəsiyində vurulması taktiki baxımdan əməliyyatların intensivləşdiyini göstərir, lakin bu, avtomatik olaraq tammiqyaslı müharibənin başlanması demək deyil: “Bu cür genişmiqyaslı zərbələr adətən iki məqsədə xidmət edir: birincisi, Hizbullahın raket infrastrukturu, komanda məntəqələri və logistika xətlərini zəiflətmək; ikincisi isə qarşı tərəfə çəkindirici siqnal vermək. İsrail belə əməliyyatlarla preventiv üstünlük əldə etməyə çalışır ki, potensial genişlənmədən əvvəl təhlükələri neytrallaşdırsın. Bununla belə, hədəflərin sayının çoxluğu göstərir ki, artıq lokal insident səviyyəsindən çıxaraq daha sistemli hərbi kampaniya mərhələsinə keçid riski artır”.

“İsrail klassik “məhdud eskalasiya” modelindən istifadə edir”

Politoloq Yeganə Hacıyeva bildirib ki, İsrailin Livanın ərazisində həyata keçirdiyi 150 zərbə regionda gərginliyin yeni mərhələyə keçidi kimi qiymətləndirilir: “Bu miqyaslı hava hücumları təkcə taktiki əməliyyat deyil, həm də daha geniş siyasi və hərbi strategiyanın tərkib hissəsi kimi çıxış edir. Hadisələrin dinamikası göstərir ki, İsrail hazırda klassik “məhdud eskalasiya” modelindən istifadə edir. Yəni məqsəd tammiqyaslı müharibəyə başlamaq deyil, əksinə, qarşı tərəfin hərbi potensialını sistemli şəkildə zəiflətməkdir. Bu kontekstdə 150 zərbə təsadüfi zərbələr deyil , kəşfiyyat məlumatlarına əsaslanan, koordinasiyalı və hədəfli hərbi kampaniyanın göstəricisidir. Əsas hədəflər kimi raket buraxılış qurğuları, silah anbarları və komanda məntəqələrinin seçilməsi də bu yanaşmanı təsdiqləyir”.

İrana ünvanlanmış açıq mesaj

Y.Hacıyevanın söylədiyinə görə, digər tərəfdən, bu addımın aydın siyasi mesajı da var və bu qruplaşmanın əsas dəstəkçisi olan İrana ünvanlanmış açıq mesajdır: “Bir sözlə, Livanda baş verənlər əslində daha geniş regional qarşıdurmanın lokal təzahürüdür. Bununla belə, mövcud vəziyyət hələlik tammiqyaslı müharibə mərhələsinə keçid demək deyil. Hərbi baxımdan belə bir keçidin əsas indikatorları olan quru əməliyyatlarının başlanması, genişmiqyaslı səfərbərlik və zərbələrin ölkənin dərinliklərinə yayılması müşahidə olunmur. Bu isə göstərir ki, tərəflər hələ də müəyyən “qırmızı xətləri” qorumağa çalışır. Hadisələrin gələcək inkişafı bir neçə ssenari haqqında danışırsaq bu nəzarətli eskalasiyanın davam etməsidir”.

“Münaqişə kəskinləşir”

O həmçinin qeyd edib ki, hələlik İsrail zərbələri davam etdirir, Hizbullah isə məhdud cavablarla kifayətlənir: “Lakin istənilən yanlış hesablama və ya böyük itkilər vəziyyəti sürətlə dəyişə bilər. Bu halda münaqişənin genişlənməsi, o cümlədən daha intensiv raket hücumları və hətta quru əməliyyatları qaçılmaz olacaq. Bir sözlə, 150 zərbə ilə müşayiət olunan bu mərhələ münaqişənin kəskinləşdiyini açıq şəkildə göstərir. Lakin bu, hələlik müharibənin tam genişlənməsi deyil, daha çox strateji təzyiq və hərbi balansın dəyişdirilməsinə yönəlmiş intensiv fazadır. Regionun gələcəyi isə tərəflərin bu incə balansı nə dərəcədə qoruya biləcəyindən asılıdır”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2026 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri