Icma.az
close
up
RU
İsrail yaxın aylarda İranın nüvə obyektlərinə zərbə endirəcəyini istisna etmir “Reuters”

İsrail yaxın aylarda İranın nüvə obyektlərinə zərbə endirəcəyini istisna etmir “Reuters”

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail yaxın bir neçə ay ərzində İranın nüvə infrastrukturuna məhdud zərbələr endirə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, İsrail ABŞ-a hava hücumları və xüsusi əməliyyatlar da daxil olmaqla bir neçə hücum variantı təklif edib. Hücum 2025-ci ilin yazının sonu və ya yayında baş verə bilər. Agentliyin həmsöhbətləri əlavə ediblər ki, nəticədə Tehranın bir neçə aydan bir ilədək müddətə nüvə enerjisindən hərbi istifadəyə keçmək imkanından məhrum olacağı gözlənilir.

Aprelin 17-də “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, İsrail may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır.

İsrail bildirib ki, ABŞ hücumun hazırlanmasında fəal iştirak edəcək və yəhudi dövlətini İranın mümkün cavab zərbəsindən müdafiə ilə təmin edəcək. ABŞ prezidenti Donald Tramp İranla mübahisənin diplomatik yolla həllinə dair öhdəlik götürüb və aprelin əvvəlində İsraili belə bir hərbi əməliyyatı dəstəkləməyəcəyi barədə məlumatlandırıb.

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 12-də Omanın paytaxtı Maskatda İran və ABŞ rəsmiləri arasında keçirilən danışıqlarda deyib ki, Tehran nüvə fəaliyyətlərinin dinc xarakter daşıdığının zəmanəti kimi Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa hazırdır. Bununla belə, Əraqçi bildirib ki, bu, yalnız İranın neft və maliyyə sektorlarından sanksiyaların götürüldüyü halda mümkündür.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Aprel 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri